
NATO-nun planı: Ermənistan regionda çox zəif bənddir
Yusif Nəzərli
05:32 08.02.2024
Siyasət
473
NATO bundan istifadə edərək Ermənistanda əsaslı şəkildə yerləşmək planları cızır
"NATO-nun Ermənistanla əməkdaşlığa cəlb edilməsi Rusiya faktorunun zəiflədilməsinə hesablanıb".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Azər Qasımov deyib. Analitik düşünür ki, Ermənistan hazırda NATO üçün Cənubi Qafqaz regionunda zəif bənd rolunu oynayır:

"NATO bundan istifadə edərək Ermənistanda əsaslı şəkildə yerləşmək planları cızır. Erməni şərhçilərin "təhlükəsizlik yastığı" hesab etdikləri NATO-nun məqsədi başqadır. Bu, Rusiyanın başını qatmaq üçün növbəti qurbanın - Ermənistanın başının altına yastıq qoyulmasıdır. NATO Ermənistana Ukraynaya verdiyi vədlərdən verir. Hərbi Alyans kənardan cəlbedici görünür. Xüsusən öz təhlükəsizliyini başqa yerdə axtaran dövlətlər üçün daha cazibədardır. Ermənistana NATO rəsmilərinin səfərləri də şirin vədlər üçündür. NATO Ermənistana hərtərəfli dəstək vədi ilə Rusiyanın regional təsirlərini zəiflətmək istəyir. NATO-Rusiya qarşıdurması fonunda bölgə ölkələrinin siyasi elitasında hərbi alyansa etimad mühitinin artırılması və Rusiyaya qarşı dəstəyin real olması məsələsində Cənubi Qafqaz ölkələrini inandırmaq vacib məsələdir. Təşkilat rəsmisinin Ermənistana səfəri də bu məqsədə xidmət edir".
Qeyd edək ki, son günlər Qərb və NATO rəsmilərinin Ermənistana ardıcıl səfərləri baş tutur. Ötən gün NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Ermənistana səfər edib. Tərəflər Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində baş verən son hadisələrə və əvvəlcədən razılaşdırılmış aydın prinsiplərə əsasən sülh prosesinə toxunub. Bir sıra ekspertlərin qənaətincə, NATO-nun Ermənistana səfərinin əsas məqsədi İrəvanı Rusiyadan tamamilə qoparmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya