
Növbədənkənar paralament seçkiləri keçiriləcək? – AKTUAL
Yusif Nəzərli
15:25 13.12.2021
Siyasət
876
“Hətta bəzi ekspertlərin fikrincə, yenidən parlament seçkiləri də, növbədənkənarın da keçirilmə ehtimalı var”
“Amma hər halda seçici kimi arzu edərdik ki, 125 deputatın hər birinin yeri dolsun”
“Onlar parlamentdə təmsil olunsun. Çünki 5 dairədə artıq neçə illərdir ki, seçicilər deputatsızdır”
“Aidiyyəti qurumlar bu işin daha da sürətləndirilməsində maraqlı olmalıdır”
Milli Məclisin boş qalan yerləri üçün seçkilər keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, Milli Məclisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın zamanlarda mümkün olacaq:
“Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır. Hesab edirəm ki, məsələ öz həllini tapacaq. Demək olar ki, bütün dairələr üzrə işlər tamamlanıb. Ancaq bəzi dairələrdə toplantı keçirilib, təsdiqlənmə qalıb”.
MSK sədri xatırladıb ki, sahə seçki komissiyalarının formalaşdırılmasını dairə seçki komissiyaları reallaşdırır:
M.Pənahov diqqətə çatdırıb ki, bu prosesi daim nəzarətdə saxlayırlar.
Qeyd edək ki, parlamentdə indiki mövqedə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisdə seçki vaxtı ümumilikdə 4 dairədə keçirilmiş seçki nəticələrini ləğv edib.
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Eyni zamanda 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib. Bu səbəbdən onun da yeri boşdur.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu informasiya MSK sədri Məzahir Pənahovun fikri əsasında yayılıb:
“Bilirik ki, seçkilər cəmiyyətdə həmişə həssas məsələlərdən biri hesab olunub. Müəyyən səbəblərdən dolayı 5 dairədə yerlər boşdur. Ona görə də o dairələrdə seçki məntəqələrində seçkilər keçirilməsi zəruridir. Lakin məsələ ölkə başçısının müstəsna səlahiyyətindədir. Seçkilərin vaxtını prezident elan etməli və MSK da prosesi təşkil etməlidir. Ehtimallar hər zaman var. MSK sədri də bunu səsləndirib”.
M.Zülfüqarlı bunu da diqqətə çatdırıb ki, hər il büdcədən MSK-ya pul ayrılır:
“Dairə seçki komissiyasının üzvləri də daimi əmək haqqı ilə təmin olunur. Yaxın həftələrdə seçkilərin keçirilməsi real deyil. Ehtimal ki, gələn ilin əvvəllərində prezidentin bu barədə sərəncamı olarsa, fevralın sonu, mart ayında gözlənilə bilər. Təbii ki, bu da bir ehtimaldır. Prezidentin bilavasitə səlahiyyətində olduğuna görə, zamanı yalnız ölkə başçısı müəyyən edə bilər. Ona görə də mütəxəssislər, bu işlə məşğul olan insanlar öz ehtimallarını dilə gətirə bilərlər. Hətta bəzilərinin fikrincə, yenidən parlament seçkiləri də, növbədənkənarın da keçirilmə ehtimalı var. Amma hər halda seçici kimi arzu edərdik ki, 125 deputatın hər birinin yeri dolsun. Onlar parlamentdə təmsil olunsun.
Çünki 5 dairədə artıq neçə illərdir ki, seçicilər deputatsızdır. Aidiyyəti qurumlar bu işin daha da sürətləndirilməsində maraqlı olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə