Nurullayevdən Qədirliyə:“...O hansı cəsarətlə Milli Məclisdə oturub?”
Yusif Nəzərli
12:20 26.01.2023
Siyasət
505
"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib.
eyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.
Erkin Qədirlinin Parlament və deputatlarla bağlı belə fikir səsləndirməsini qınadığını deyən millət vəkili Razi Nurullayev "Sherg.az"a bildirib ki, bu çox təəsüfedici haldır:
"O həm seçildiyi partiyanı, həm də özünü təmsil edir. Əgər parlamenti qəbul etmir və seçkilərə inanmırsa bəs hansı cəsarətlə Milli Məclisdə oturub? Bir insan doğru yolla seçilmədiyini bilirsə, gərək mandatından imtina etsin. Ümumiyyətlə, hər bir deputat öz dairəsi haqqında danışa bilər. O regionlarda baş verən seçkiləri və deputatların hansı yolla parlamentdə oturduqlarını necə deyə bilər? Bu, çox böyük yanlışlıqdır. Çünki Milli Məclisin və seçkilərin legitimliyi şübhə altına alınır. Digər tərəfdən onun müsahibə verdiyi platforma və bloqer məsələləri şişirtməyə və insanları məzə obyektinə çevirməyə meyillidir. Hətta müsahibə verdiyi yer belə uyğun deyil".
Parlamentari qeyd edib ki, dünyanın hər yerində seçkilərin nəticəsi mübahisə doğurur:
"Ən demokratik ölkələrdə belə insanlar seçkilərdən narazı qalırlar.
ABŞ da belə Donald Tramp seçkinin saxtalaşdırıldığını iddia etdi. Çünki uduzan insanlar hər zaman prosesin saxta olduğunu fikirləşir. Yəni ideal seçki yoxdur. Lakin Azərbaycanın reallığına uyğun olaraq normal və şəffaf seçkilər keçirilir.
İndi hansısa dairədə seçilməyənlər və ya digər səbəblərdən bundan narazı qalırsa, bu ona icazə vermir bütün deputatları və seçkiləri saxta adlandırsın. Bu hüquq heç kimə verilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat