
Parlamentari: Azərbaycan və Türkiyənin tarix boyu bir-birinin yanında olması göz önündədir
10:50 06.02.2025
Siyasət
655
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir.
Bu barədə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda deyilir.
“Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq”, - məktubda vurğulanıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qədər irəliləyib:

"İki ölkə arasında qarşılıqlı səfərlər, davamlı əlaqələr durmadan inkişaf edir. Cənab Prezidentin göndərdiyi məktubda da bu məsələlər əksini tapıb. Türkiyədə zəlzələ baş verərkən ilk dəstək göstərən və onun yanında olan dövlətlərdən biri də Azərbaycan olub. Dövlətimiz bu hadisə ilə bağlı öz mövqeyini və münasibətini açıq şəkildə ortaya qoydu. Həmçinin əsl qardaşlıq nümunəsini göstərdi. Baxmayaraq ki, Azərbaycan hazırda Qarabağda yenidənqurma və abadlıq işlərini davam etdirir, Türkiyəyə də yardım əlini uzatmaqdan çəkinmir. Azərbaycan və Türkiyə Qahmaranmaraş vilayətində bərpa, quruculuq, abadlıq işlərini birgə həyata keçirirlər".
Deputat vurğulayıb ki, tarix boyu hər iki dövlətin bir-birinin yanında olması göz önündədir:
"Azərbaycan II Qarabağ müharibəsində də bunun şahidi oldu. Məhz İlham Əliyevin Ərdoğana ünvanladığı məktubda da vurğulanır ki, Azərbaycan Türkiyənin yanında olmaqdan böyük fəxr və qürur hissi duyur. Hazırda iki ölkə liderinin səyləri nəticəsində dostluq, qardaşlıq əlaqələri daha da güclənir və inkişaf edir. Burada həm Azərbaycan, həm də Türkiyə Prezidentinin xüsusi rolu qeyd edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə