
Paşinyan doğrudan da sülhə sadiqdirsə, bu addımları atmalıdır - ŞƏRH
Yusif Nəzərli
18:35 28.03.2025
Siyasət
584
Ermənistanın baş naziri Nikol Paşinyan, əvvəlki rəhbərlikdən fərqli olaraq daha realist bir siyasət yürütməyə başlayıb. Paşinyan Qarabağ məsələsində əvvəllər çox sərt mövqe tuturdu, amma 44 günlük müharibədən sonra bu yanaşma dəyişdi. İndi o, vəziyyətin reallığına uyğun olaraq, Qarabağ məsələsini gündəmdə saxlamağın Ermənistan üçün böyük risklər yaratdığını anlayır. Görünən odur ki, Paşinyan II Qarabağ müharibəsindən sonra özünə daha praqmatik yanaşma seçib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Sherg.az-a açıqlamasında Paşinyanın hazırda real siyasət yeritdiyini söyləyib:

"Paşinyan hazırda ölkəsinə real siyasi prinsiplər əsasında rəhbərlik edir, yəni şüarçılıq siyasətindən uzaqlaşıb reallıqlara əsaslanan yanaşmaya keçib. Mövcud şəraitdə Ermənistanın Azərbaycanla yenidən Qarabağ məsələsi üzərindən siyasət aparması mümkün deyil. Əks halda, daha böyük itkilərlə üzləşə bilər. Bu, onun ağıllanması və ya obyektivləşməsi ilə bağlı deyil. Sadəcə, Paşinyan anlayır ki, hazırkı vəziyyətdə Qarabağ məsələsini gündəmdə saxlamaq Ermənistan üçün fəlakətlə nəticələnə bilər. BMT-nin tanıdığı sərhədləri qorumağa çalışmaqdan başqa çıxış yolu qalmayan Paşinyan, vaxtilə tam əks mövqe sərgiləyirdi. Hakimiyyətə gəldiyi ilk dönəmdə o, Xocalı cəlladları - Köçəryan və Sarkisyanın belə demədiyi bir ifadə işlətmişdi: "Qarabağ Ermənistandır və nöqtə!". O zaman ona elə gəlirdi ki, ən doğru siyasi yol Qarabağın ilhaqına nail olmaqdır. Lakin 44 günlük müharibədə ağır məğlubiyyət Ermənistan rəhbərliyinin siyasi baxışlarını tamamilə dəyişdi. İndi reallıq ona diktə edir ki, Qarabağ Azərbaycandır və Ermənistan bu iddiadan əl çəkməlidir. Amma bu, Paşinyanın səmimi şəkildə doğru yolu seçməsi anlamına gəlmir. Sadəcə, Azərbaycan Ordusu ona real siyasətin necə olduğunu izah etdi. Buna görə də, Ermənistanın indiki mövqeyi bizi aldatmamalıdır".
Ekpert bəzi dairələrdə Paşinyana qarşı simpatiya formalaşmağa başladığını bildirib:
"Avropada oturan bəzi şəxslər hətta “Bizim də Paşinyan kimi baş nazirimiz olsa yaxşı olardı”,- deyə fikirlər səsləndirirlər. Eyni vəziyyət vaxtilə Saakaşvili və Zelenski ilə bağlı da müşahidə olunurdu. Lakin biz bu cür xülyalara qapılmamalıyıq. Əgər Paşinyan həqiqətən də səmimi şəkildə Qarabağ iddiasından imtina edirsə, bunu təkcə sözlə yox, əməldə də göstərməlidir. İlk növbədə, Ermənistan Konstitusiyasında dəyişiklik etməli, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə yönəlik iddiaları rəsmi şəkildə ləğv etməlidir. Eyni zamanda, Ermənistan gerbindən Ağrı dağı çıxarılmalıdır. Təsəvvür edin, Azərbaycanın gerbində Dərbənd qalası və ya Urmiya gölü təsvir olunsa, İran və Rusiya buna heç də yaxşı reaksiya verməzdilər. Beynəlxalq miqyasda böyük bir skandal yaranardı. Ona görə də, ermənilər bu məsələni "sadəcə bir dağdır" deyib keçməməlidirlər. Bu, Ermənistanın deyil, başqa bir ölkənin ərazisidir və o, öz gerbində bu təsvirə yer verməməlidir. Bu iki məsələ - Ermənistanın Konstitusiyasındakı dəyişiklik və gerbinin korrektə edilməsi Zəngəzur dəhlizi qədər ciddi məsələdir. Əgər Paşinyan doğrudan da sülhə sadiqdirsə, bu addımları atmalıdır".
Politoloq sonda “Biz Qarabağdan imtina edirik” kimi Ermənistan baş nazirinin açıqlamalarının sadəcə boş sözlərdən ibarət olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi