Paşinyan istefa versə də, bu işin geri dönüşü yoxdur - POLİTOLOQ
13:23 03.09.2023
Siyasət
608
"Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və Qarabağın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki, Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı Qərbi Zəngəzuru da ələ keçirəcək".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: “Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır”. Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib:
"Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, geri dönüş mümkün deyil. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm