
Paşinyan “missiya”nın vaxtını uzatmağa çalışacaq
03:05 23.11.2024
Siyasət
391
Bu məsələdə Ermənistan Azərbaycandan daha çox Rusiyanın əsəbləri ilə oynamağa yönəlik addımlar atır
Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı məsələ yenidən gündəmdədir.
Aİ səfiri Vasilis Maraqosun açıqlamasında deyib ki, missiya bitdikdən sonra 200-dən çox müşahidəçinin Ermənistanda qalıb-qalmayacağı məlum deyil: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.
Erməni mətbuatının məlumatına görə, Azərbaycanla yanaşı, Rusiya da Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazıdır. Qeyd olunur ki, İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma vəziyyət başqa cürdür. Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasət yürütdüyü, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Moskva missiyanı Azərbaycan, Rusiya və İrana qarşı casusluq fəaliyyətində ittiham edir. Avropada ehtiyatlanırlar ki, Paşinyan hakimiyyəti Qərbdən üz döndərib, yenidən Rusiyaya qucaq aça bilər. Azərbaycan da müşahidəçilərin yerləşdirilməsinin əleyhinədir. İstisna deyil ki, Bakıdan da müşahidə missiyasının mandatının uzadılmaması tələbi olub və İrəvan həmin tələbi yerinə yetirmək qərarına gəlib. Məlumat üçün deyək ki, Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti gələn ilin fevralında başa çatır.
Ekspertlər isə hesab edir ki, Avropa İttifaqının Ermənistanda yerləşən missiyası bir çox şübhəli işlər ilə məşğul olur və yaranan proseslərə müdaxilə etmir. Şərti sərhəddə atəş səsləri eşidiləndə atəşkəs rejimi pozulanda reaksiya vermir. Baxmayaraq ki, binokllar ilə patrullar həyata keçirirlər, müxtəlif monitorinqlər icra olunur.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, bu məsələdə Ermənistan Azərbaycandan daha çox Rusiyanın əsəbləri ilə oynamağa yönəlik addımlar atır:

“Azərbaycan üçün Avropa İttifaqının müşahidə missiyasının sərhədin o tayında dayanması, binoklla boylanması heç bir əhəmiyyət kəsb eləmir. Amma Avropa Müşahidə Missiyasının orada olması və yerini bərkitməsi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədinə xidmət edir. Rusiya da bunun fərqindədir. Mülki missiya adı altında Avropanın kəşfiyyat xidmətlərinin regiona gəlməsi, Azərbaycanla bağlı məlumatların toplanmasına dair iddialar və bununla bağlı şübhəsiz ki, rəsmi Bakı önləyici tədbirlər görür”.
A.Quliyevin sözlərinə görə, Ermənistan Avropanın Müşahidə Missiyasının sərhəddə qalmasında maraqlıdır. Lakin onların buradakı mövcudluğunun hansı adla davam edəcəyi hələlik bəlli deyil. Paşinyan Missiyanın vaxtını uzatmaq cəsarətini özündə tapmasa da, başqa bir adla həmin kontingentin ən azı bir hissəsinin burada qalmasına çalışacaq.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm