Paşinyan Parisə ümid edib danışıqlardan qaçır
Paşinyan Parisə ümid edib danışıqlardan qaçır
Yusif Nəzərli
07:18 28.12.2022
Siyasət
731
Ancaq Bakı və Moskva xəttində ortaq mövqelərin tapılması istisna deyil
"Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşdən imtina edən İrəvan liderlərin də təmasından yayındı. Aydındır ki, bu, səbəbsiz-məqsədsiz deyil". Bu barədə "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, İrəvan “Laçın yolu”nun açılmasını bu qədər istəyirsə, XİN rəhbərlərinin də, liderlərin də görüşündə maraqlı olmalı idi: "İrəvan görüşlərdən imtina etməklə, "Rusiya Qarabağdakı erməniləri qoruya bilmir” fikrini gücləndirir və məsələdən Moskvaya qarşı istifadə edir. Avropada Bakıya qarşı beynəlxalq təzyiqin hazırlanması cəhdlərinə ümid edir.
Əgər Laçın yolundakı aksiya Rusiyanın yox, Qərbin Bakıya təzyiqi ilə dayandırılsa, bu, Moskvanın məğlubiyyəti olacaq. O da aydındır ki, üçtərəfli görüş keçirilsəydi, Laçın yolu ilə başlanan müzakirələrin sonu üçtərəfli razılaşmaların icrası tələbi ilə yekunlaşacaqdı və Paşinyan qaçmaqla prosesi uzadır. İkincisi, sülh müqaviləsinin müzakirəsidir. Bakı qəbul etməsə də, Paşinyan Fransanın vasitəçiliyinə, o cümlədən üçtərəfli razılaşmalardan yayınmaq və Qarabağdakı separatçıların “qəbul edilməsi” məsələsində Parisin dəstəyinə ümid edir.
Eyni zamanda BMT TŞ-də gözlənilən növbəti müzakirələrlə Bakının təkcə Laçın yolu məsələsində yox, sülh müqaviləsində də geriyə düşə biləcəyini “hesablayır”. Anlayır ki, Rusiya masasında sülh müqaviləsinin müzakirəsi üçtərəfli razılaşmaların icrası tələbinin kölgəsində keçəcək".
Ekspert qeyd edib ki, Bakı-Moskva xəttində ciddi fikir ayrılığı olsa da, üçtərəfli razılaşmaların praktiki icrası məsələsində ortaq mövqelərin tapılması istisna deyil:
"Xüsusilə Bakının davamlı gündəmdə saxladığı erməni silahlı dəstələrinin çıxarılması bəndi üzrə ortaq mövqeyə gəlinə bilər. Düz məntiq rusların sülh prosesində iştirakçılığının mövcud vəziyyətdə Bakının istədiklərini verməkdən keçdiyini deməyə əsas verir. Bakı böyük ehtimalla praktik addımların miqyasını beynəlxalq müstəvidə hazırlanan erməni təxribatının mümkün təsirlərinə uyğun müəyyən edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat