
Paşinyan Rusiyadan uzaqlaşmağı "iki evli insanın boşanması" kimi görür - ŞƏRH
15:51 18.11.2023
Siyasət
712
Baş nazir utopik xəyallar qurur “O, bir şeyi unudur ki, ən yaxşı halda belə "boşanarkən" mal bölgüsü etmək lazımdır”
KTMT Ermənistanın maraqlarını qoruya bilməz və bunu da bacarmır, lakin bu təşkilat Rusiya tərəfindən yaradılıb, ona görə də KTMT-yə qarşı istənilən bəyanat Moskvaya qarşı hesab olunur. Bunu erməni politoloq Argişti Kiviryan deyib. O bildirib ki, Ermənistan hakimiyyəti gözləmə rejimindədir, ona görə də sərt bəyanatlar fonunda təşkilatı tərk etmək istəmədiyini bildirir: "Rusiya daha da zəifləsə, o zaman İrəvan KTMT və Aİİ-dən çıxdığını elan edəcək, əksinə olarsa, Paşinyan bu təşkilatlara qayıdış edəcək”. Erməni tarixçi Armen Manvelyan isə deyib ki, Qərb Ermənistanı qorumaq üçün resurs sərf etməyəcək: "Çünki onların Ermənistana vəsait xərcləməyə nə imkanı, nə istəyi, nə də strateji perspektivi var. Qərb Ermənistanla ona görə maraqlanır ki, İrəvan hələ də Rusiyanın təsiri altındadır. Kremlin bu ölkə üzərində təsiri bitsə, Qərbin marağı da bitəcək. Yəni Rusiyanı Ermənistandan sıxışdırıb çıxarsalar, İrəvan daha onlara lazım olmayacaq”.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan məğlub olduqdan sonra, həqiqətən də, oyuncaq ölkə olduğunu sübuta yetirir. Siyasi şərhçi qeyd edib ki, məğlubiyyət ermənilərin xəstə təfəkküründəki "böyük, qəhrəman xalq" stereotipini dağıdıb. Onların necə aciz və ələbaxımlı toplum olduğunu göstərib:

""Rusiya onları qorumadı" tezisi ermənilərə çox pis təsir edib, bütün xəyallarını heçə endirib. İrəvan Moskvadan küsüb, inciyib. Rusiyaya naz edirlər. Paşinyanın cavabından da bu, aydın görünür. Ciddi ölkənin rəhbərinin verdiyi cavab konkret və dəqiq olmalıdır. Paşinyan ikili oynadığı üçün hadisələr tədricən gərginləşmə istiqamətində gedəcək. Baş nazir fikirləşir ki, Rusiyadan ayrılmaq sakit, hay-küysüz olacaq. Kreml onları başa düşəcək və razılaşacaq. Bu, utopik xəyaldır. Paşinyan Rusiyadan uzaqlaşmağı "iki evli insanın boşanması" kimi görür. Yəni "boşanma" oldu və hər şey bitdi. Ermənistan isə özünə başqasını - ABŞ-ni tapdı".
Analitik vurğulayıb ki, Paşinyan bir şeyi unudur ki, ən yaxşı halda belə "boşanarkən" mal bölgüsü etmək lazımdır: "Bunun üçün də ərazi itirməlisən. Məsələn, tarixi Azərbaycan torpağı olan Zəngəzuru.. Sirr deyil ki, Ermənistanın Rusiyadan uzaqlaşma planları blefdir. Paşinyan, sadəcə, "Rusiyadan ayrılmaq istəyirmiş" kimi görünüb, Qərbdən nəsə qoparmağa çalışır. Böyük ehtimal, Paşinyan sülh müqaviləsini də Moskvada bağlayacaq. Sadəcə bir az oynamaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə