“Paşinyanın siyasəti bilməməsi onun qanından irəli gəlir"
Yusif Nəzərli
12:20 25.01.2023
Siyasət
1500
Ermənistanda 12 vergi məmuru həbs edilib. Bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib. Qeyd olunub ki, buna onların rüşvət alması səbəb olub.Kütləvi həbsin təfərrüatları, o cümlədən məmurların adları hələ açıqlanmayıb.
Hadisələrə başqa prizmadan yanaşmalı olduğumuzu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "Sherg.az"a bildirib ki, Paşinyanın Ermənistanda apardığı cinayət xarakterli addımları Robert Köçəryanın hakimiyyətə gəldiyi dövrlə müqayisə etmək olar:
"O hakimiyyətə gələndə baş prokuror və onun müavini kimi vəzifəli şəxslər kabinetlərində güllələndi.
Hətta onun döyüş yoldaşı kafedə "Hey Robiç necəsən?" dediyi üçün döyülərək öldürüldü.
Daha sonra Ermənistan parlamentindəki terror hadisəsi də Köçəryanın işi idi. İndi Paşinyanın gördüyü işlər də bununla müqayisə oluna bilər.
Lakin Paşinyanın Köçəryandan fərqi odur ki, Ermənistan cəmiyyətində anti-demokratik addımlar törətməsinə baxmayaraq Qərb ona dözür. Səbəbsə onun Qərbi Azərbaycanla razılaşmaya gedəcəyinə dair vədlər verməsidir.
Buna görə də Qərb Paşinyana Azərbaycanla razılaşmaya gedə biləcək yeganə adam kimi baxır və hər şeyə dözür. Lakin Paşinyanın məqsədi Qərbi aldadaraq anti-demokratik addımlar atmaqdır".
Analitik qeyd edib ki, Paşinyan "Daşnak" partiyasını ləğv etməyi planlaşdırır:
"Ermənistanın baş naziri Daşnak partiyasını bağlamaqla Levon Ter-Petrosyanın atdığı addımları Avropanın yadına salır.
Çünki Petrosyan o vaxtı "Mən daşnakları həbsə atmasam Azərbaycanla razılaşmaya gedə bilməyəcəm" demişdi.
İndi Paşinyan da daşnakları həbs edərək Avropa və Qərbə mesaj verir.
Amma onun siyasətçiləri həbs etdirməsi və məxfi orqanı bağlatdırması anti-demokratik addımdır. Hətta onun lisenziyasını ləğv etdiyi televiziya Vardanyan tərəfindən satın alınmışdı.
Hələ o zaman Vardanyan Qarabağa gəlməmişdi. Qərb buna da susdu. Ümumiyyətlə Paşinyanın siyasəti bilməməsi və apardığı anti-demokratik siyasət onun qanından irəli gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat