Paşinyanın sloqanı: "İntellekti aşağı olduğu üçün elə düşünürdü ki..."
Ayyət Əhməd
08:04 07.10.2019
Siyasət
774
"Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ tənzimlənmə variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının marağına uyğun olaraq tənzimlənməlidir” tezisini sloqana çevirmişdi. Qürur duyurdu ki, ilk Ermənistan lideridir ki, Azərbaycan xalqının marağını da nəzərə alır. Amma təbii ki, onun bu sloqanda hiyləsi var idi. İntellekti aşağı olduğu üçün elə düşünürdü ki, onun hiyləsini heç kəs başa düşməyəcək".
Sherg.az-ın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Analitik bildirib ki, Paşinyanın bu sloqanı həm də Ermənistanın əleyhinədir:
"Çünki bu “Dağlıq Qarabağ münaqişəsi 3-4 subyektin rəyi ilə tənzimlənməlidir” formatı alternativ vasitəçilik formatına uyğundur. ATƏT-in Minsk Qrupu formatı 25 ildir tam strukturlaşıb. ATƏT MQ formatı özünün nöqsanlarını da bilir. Yəqin ki, yaxınlarda BMT-yə müraciət edib, statusunu da artıracaq. Ona görə ATƏT MQ formatına alternativ düstur təqdim etmək, Ermənistan üçün baha başa gələ bilər. Çünki Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində yalnız ATƏT-in Minsk Qrupuna möhtacdır. ATƏT-in Minsk Qrupu qərarları konsensusla qəbul edir. Ermənistan dəqiq bilir ki, onun beynəlxalq aləmdə heç bir tərəfdaşı yoxdur. Heç kəs Ermənistanı nüfuzlu tərəfdaş hesab etmir. Ermənistanın müstəqillik dövründəki siyasətçiləri qədim erməni tarixindən yaradılmış miflərin hamısını “yeyib dağıdıblar”. Ona görə ermənilərin ümidi Dağlıq Qarabağ tənzimlənməsinə konsensus verməməklə tənzimlənmə prosesini yubatmaqdır".
Politoloq qeyd edib ki, Minsk Qrupunun tənzimlənmə variantında konkret olaraq Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi, yəni Dağlıq Qarabağın azərbaycanlıları və erməniləri müəyyənləşdirəcəkdir:
"Bura Azərbaycanı və yaxud Ermənistanı əlavə etmək artıq bu formatdan kənara çıxmaq deməkdir. Həmsədrlər Paşinyanın fikirlərini özlərinə qarşı hörmətsizlik kimi qəbul etməlidirlər. Paşinyanın tezisindən daha ciddi politoloji əsaslandırmaya malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyi ortadadır. Bu Minsk Qrupu həmsədrlərini iki ölkə liderinin yanaşmasına münasibət bildirməyə vadar etməlidir və Minsk Qrupu özlərinin də fəaliyyəti ilə bağlı konkret addımlar atmalıdırlar. Əgər Ermənistan rəhbərliyinin savadsızlığının şantajına tez-tez rast gəlmək istəmirlərsə Minsk Qrupu BMT qarşısında məsələ qaldırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya