Paşinyanın "yol xəritəsi" tələbi - Rusiyadan Ermənistana daha bir zərbə!
Yusif Nəzərli
00:32 30.12.2022
Siyasət
689
Qarabağa beynəlxalq sülhməramlı kontingentin gəlməsi üçün Azərbaycanın razılığı olmalıdır
Paşinyan Laçın yolunun açılması ilə bağlı Rusiyadan “yol xəritəsi” tələb edir. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir. Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır: "Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır”. Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Paşinyanın Qarabağ ermənilərinin taleyi ilə bağlı "qayğılarını" təbii qəbul etmək lazımdır. Ekspertə görə, Paşinyanın müxtəlif yollarla "ermənilərin mənafeyini qorumağa" çalışacağı aydın məsələdir: "Bunun üçün ağlagələn və gəlməyən yollara baş vuracaq. Baş nazir istəyir ki, tək Rusiyadan asılı vəziyyətdə qalmasınlar. BMT mandatı adı altında bir neçə ölkənin kontingenti də Qarabağa yerləşsin ki, nisbətən özlərini rahat hiss eləsinlər. Həmçinin bu kontingentin arasına Fransanın əsgərlərini də yerləşdirsinlər. Amma bunlar boş xəyallardır. Bir şeyi unudurlar ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir və ora hansısa kontingentin gəlməsi Azərbaycanın razılığı olmadan mümkün deyil. Bunu Lavrov da qeyd edib ki, bu məsələ Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın isə belə bir addımı atmağa nə tələbi, nə də marağı var. Azərbaycan beynəlxalq kontingentdən daha yaxşı Qarabağ ermənilərinin təhlükəsizliyini qorumaq iqtidarındadır. Rus sülhməramlıları ərazidən çıxandan sonra bunu edəcəyik. BMT kontingentini azərbaycanlıları Qərbi Zəngəzura köçürəndə dəvət edərik. Onda daha yaxşı effekt verəcək, çünki ermənilərin verəcəyi təhlükəsizlik vədinə ümid etmək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat