Polineziya təmsilçisi: "Fransanın nüvə sınaqlarına görə əhalimiz xərçəng xəstəliyinə düçar olur"
09:15 21.11.2023
Siyasət
305
"Nüvə sınaqlarına görə qadınlarımız və kişilərimiz xərçəng xəstəliyinə düçar olur. Fransa məsuliyyətdən qaçır, buna görə utanmalıdır".
"Report" xəbər verir ki, bunu Fransız Polineziyasının təmsilçisi, Tavini partiyasının baş katibinin gənclər və beynəlxalq əlaqələr üzrə müavini Ella Tokorigi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransda deyib.
"Bizim xalqlarımız azadlıq tərəfdarıdır. Biz Azərbaycan hökumətinə və xalqına bizə göstərdiyi diqqətə, o cümlədən qadınlara qarşı siyasətinə görə təşəkkür edirəm. Uzun zaman biz Fransa idarəçiliyi altında yaşamışıq. Bu masa ətrafında biz çox güclü qadınlar görürük. Onlar ayağa qalxır, mübarizə aparır. Biz bərabərlik, azadlıq sözlərini tez-tez eşidirik, ancaq onların dəyərini bilmək, onlara hörmət etmək lazımdır. Bizim adət-ənənələrimiz tamamilə darmadağın edilib. Uzun illər nüvə sınaqlarının qurbanı olmuşuq, çünki ərazimizdə 30 ildən çox nüvə sınaqları keçirilib".
Fransız Polineziyası təmsilçisi üzləşdikləri digər problemlərdən də söz açıb: "Polineziyalı tələbələrin 17,5 faizi sadəcə üçillik bakalavr təhsilini bitirə bilirdi. Qadınlar erkən yaşda təhsildən uzaqlaşdırılır və onlar fahişəliklə məşğul olmağa məcbur edilirlər, çünki onlar ailələrini dolandırmalıdırlar. Bizim dilimiz unudulur, çünki sadəcə Napoleon Bonapartın dilinə önəm verilir. Təhsilə çıxış uğur olsa da, yetmir, bərabərlik olmalıdır, təhsil inklüziv olmalıdır. Həmçinin, qadınlar üçün iqtisadi və siyasi imkanlar yaradılmalıdır. Səhiyyədə də problemlər mövcuddur. Xidmətlərdə bərabərsizlik var. Səhiyyə strategiyası təkmilləşdirilməlidir. 2019-cu ildə pandemiya zamanı 700 nəfər həyatını itirdi. Çünki böhran yaxşı idarə edilmədi. Bizim kimi əhalisi az olan ölkə üçün bu, çox böyük rəqəmdir", - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə