
Politoloq: Əliyevin Moskva səfəri çox müsbət haldır
09:47 24.04.2024
Siyasət
539
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır. 2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər. Bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Sonrakı illər göstərdi ki, bu saziş beynəlxalq arenada, xüsusilə də Avropada təklənən Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etdiyinə görə bəzi Avropa ölkələrinin haqsız basqısına məruz qalan Azərbaycan üçün də çox əhəmiyyətlidir.
İki ölkə arasındakı əlaqələri “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycan Rusiya münasibətləri müstəqillik bərpa edildikdən sonra ən yüksək səviyyədə davam edir:

“Azərbaycan və Rusiya arasında müttəfiqlik paktı imzalanandıqdan sonra Ukrayna müharibəsi başladı. Azərbaycanda bəziləri həmin paktın imzalanmasını tənqid etmişdilər. Amma bu müsbət bir hal idi. İndiki halda Rusiya ilə əlaqələrimizin yaxşı olması bizim maraqlarımıza cavab verir. Qərblə konfrantasiya olduğumuz dönəmdə Rusiya və İranla münasibətlərin daha yaxşı səviyyəyə çıxarılması önəmlidir. İlham Əliyevin Moskvaya səfəri çox müsbət haldır. Görüş zamanı iki ölkə Prezidentinin biri-birlərinə isti sözlər deməsi, Azərbaycan-Rusiya münasibətlərinin daha yaxşı məcraya gətirilməsi ilə bağlı danışıqların aparılması təqdirəlayiqdir. Bildiyimiz kimi, rus sülhməramlıları Qarabağdan getdilər. Məhz Azərbaycan-Rusiya münasibətlərinin belə olması bir il qalmış sühməramlıların Qarabağdan çıxmasına səbəb oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya