Putin heç bir sualdan qaçmır: Hər il yüzlərlə jurnalistin qarşısına çıxması buna əyani sübutdur
Turan
12:00 21.12.2019
Siyasət
591
Rusiya Prezidenti Vladimir Putin hər il geniş mətbuat konfransı keçirir. Konfransa yüzlərlə jurnalist qatılır və prezident saatlarla suallara cavab verir. Hətta Kreml sahibi mətbuat konfransında sərt sualları da cavabsız qoymur. Məsələn, Ukrayna agentliklərindən birinin jurnalistinə hər il sual vermək üçün şərait yaradılır. Həmin müxbirin də sualları əsasən belə olur:
“İşğala nə zaman son qoyacaqsınız?”. Putin isə belə kobud suallardan çəkinmir. Rusiya rəhbəri Ukrayna məsələsini “sevimli mövzu” hesab etdiyi üçün suala detallı şəkildə cavab verməyi xoşlayır. Həm də Ukraynaya və Kiyevi müdafiə edən dövlətlərə mesajını göndərir. Bəs, Vladimir Putin nədən ildə bir dəfə yüzlərlə jurnalistin iştirakı ilə az qala 5 saata qədər uzanan mətbuat konfranslarına ehtiyac duyur?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Putin bu cür mətbuat konfransları ilə digər böyük ölkələrin prezidentlərindən fərqləndiyini göstərməyə çalışır:
“Həqiqətən dünyanın bir başqa liderini tapmaq çətindir ki, yüzlərlə jurnalistin iştirakı ilə saatlarla uzanan mətbuat konfransı keçirsin və bu bir ənənəyə çevrilsin. Putin bu mətbuat konfransı vasitəsi ilə heç bir mövzudan və sualdan yayınmadığını göstərir. Kreml sahibi ona qarşı olan dövlətlərin jurnalistlərinin ən mürəkkəb suallarına da cavab verməyə hazır olduğunu ortaya qoyur. O, sanki sərt suallara cavab verməklə özünün hazırcavablığını göstərir”.
E.Şahinoğlunun fikrincə, Putin mətbuat konfransı vasitəsi ilə xarici və daxili auditoriyaya necə bilgili olduğunu göstərir:
“Ona ünvanlanan suallar daxili və xarici siyasətin bütün sahələrini əhatə edir. Rusiya prezidenti meşə təssərrüfatından tutmuş səhiyyənin spesifik sahələrinə qədər mövzularda məlumatlı olduğunu, müxtəlif rəqəmlər səsləndirməklə iti yaddaşa malik olduğunu göstərir. Başqa sözlə Putin bütün suallara cavab verməklə başqa liderlərdən fərqini ortaya qoyur. Məsələn, şou həvəskarı olmasına baxmayaraq, Amerika Prezidenti Donald Trampın yüzlərlə jurnalistin müxtəlif səpkili suallarına 4 saat ərzində cavab verməsini təsəvvür etmək çətindir. Bütün bunlara rəğmən, Putinin cavabları ildən-ilə təkrarlanmağa başlanıb. Yəni, onun bu il verdiyi cavablar ötən il verdiyi cavablara oxşayır. Əgər keçmiş illərdə hər cavabı hadisəyə çevrilirdisə, bu il belə olmadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya