QAİ: Pallonenin bəyanatları Azərbaycana COP29-da iştirak üçün gəlmədiyini göstərir
10:44 19.11.2024
Siyasət
361
Frenk Pallonenin bəyanatları Azərbaycana COP29-da iştirak üçün gəlmədiyini açıq şəkildə göstərir.
"Sherg.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frenk Pallone COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır:
"Pallone onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb. Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi Palloneyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur. Lakin Pallone dinc nümayişçilərin qarşısına çıxaraq onlardan üzr istəmək və qaldırdıqları suallara cavab vermək əvəzinə, mühafizəçilərini, aralarında qadınlar olan dinc nümayişçilərin üzərinə göndərib və onların xəsarət almasına səbəb olub".
Vurğulanıb ki, Pallonenin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir:
"Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi. Azərbaycan dövləti və ictimaiyyəti həmişə dialoqun tərəfdarı olub. Pallone və onun kimi bəzi irqçi siyasətçilər isə əksinə həmişə dialoqdan qaçmış, şər-böhtan, şantaj siyasətinə üstünlük veriblər. Qərbi Azərbaycan İcması olaraq, Pallonenin ucuz şoularını və onun nümunəsində bəzi Qərb dairələrində kök salmış Azərbaycanofob meyilləri kəskin şəkildə qınayır, bu siyasətçilərdən regionda sülhün bərqərar olmasına maneçilik törətməməyə və Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm