Qanunsuzluq edən icra başçıları hələ də var: Vəzifəsinin öhdəsindən gələ bilməyənlər...
Turan
09:14 24.12.2019
Siyasət
900
Ağstafa rayon icra başçısının və Yevlaxın sabiq merinin həbsindən sonra digər icra başçıları “xalqa xidmət etmək” üstündə yarışa çıxıblar. Bu günə kimi vətəndaşları yaxın buraxmayan, sıravi insanlarla foto çəkdirməyən icra başçıları artıq yerli sakinlərin ayağına getməyə, onlarla xatirə fotosu çəkdirməyə başlayıblar.
Ən əsası isə odur ki, zərurətdən yaranmış “diqqət və qayğını” əks etdirən fotolar icra başçılarının təlimatı ilə dərhal sosial şəbəkələrdə paylaşılır. Gündəmin növbəti fotoları Ağdam rayon icra başçısı Vaqif Həsənova məxsusdur.
Belə ki, icra başçısı qazilərimizdən birinin qonağı olub və çəkdirdiyi fotonu Ağdam rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində yerləşdirib. Fotoya isə maraqlı bir başlıq verilib: “Hər zaman sadə insanların içərisində olan icra hakimiyyətinin başçısı Vaqif Həsənov”. Şəmkir və Yasamal rayonu icra başçıları da analoji addım atıblar. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid anasının əlindən öpüb. Şübhəsiz ki, bəzi icra hakimlərinin bu cür süni davranışları ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət hesab edir ki, Ağstafa və Yevlax rayon icra başçılarının aqibətindən sonra bu cür hərəkətlərin səmimiyyətdən irəli gəldiyini söyləmək olmaz.
Yaranmış mənzərə ilə bağlı “Şərq”ə danışan AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib ki, qanunsuz işlərlə məşğul olan icra başçıları hələ də var. Ekspertin sözlərinə görə, özlərini ucuz reklam edən icra başçılarının hərəkətləri cəmiyyətdə gülüş doğurur:
“Yerini itirməkdən qorxuya düşən bəzi icra rəhbərləri özlərini reklam edirlər. Ancaq bunun əhəmiyyəti yoxdur. Vəzifəsinin öhdəsindən gələ bilməyən, səlahiyyətindən sui-istifadə edən başçılar müəyyən edilməlidir. Ona görə də prosesi davam etdirmək lazımdır. Təkcə korrupsiya halları ilə kifayətlənmək olmaz. İcra hakimiyyəti rəhbərliyinə layiq davranmayan bütün başçılar əvəzlənməlidir”.
M.Zülfüqarlı bildirib ki, ilk növbədə icra başçılarının təhsilinə fikir vermək lazımdır:
“Təhsilsizlik şəxsiyyətin formalaşmasına, xarakterə təsir göstərən əsas amildir. 4-5 il universitetə gedən, auditoriyada müəllimləri dinləyən şəxsləri tədris mühiti başqa cür yetişdirir. Araşdırmaq lazımdır ki, icra başçıları hansı ali təhsil ocaqlarını bitiriblər, ixtisasları üzrə çalışıblarmı? Ola bilsin, diplomları saxta olan icra başçıları da üzə çıxacaq. SSRİ dağılarkən çoxlu saxta diplomlar üzə çıxdı. Saxta diplomlu kadrlardan hələ də fəaliyyət göstərənlər var. Ciddi yoxlanma aparılmalıdır. Rayonlara rəhbərlik edən şəxslər savadlı, qabiliyyətli olmalıdır. Sakinləri inandırmağı bacarmalıdırlar. Mətni üzündən hərf-hərf oxumaqla əhalinin rəğbətini qazanmaq olmaz. O zaman həmin şəxsin səviyyəsi ortaya çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya