Qənimətlər Parkına ziyarət Lavrovun səfər proqramına salınsın - Protokol
Fidan Həmişəyeva
10:48 06.05.2021
Siyasət
809
"Protokol qaydası dedikdə, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bundan sonra - akkreditə olunmasını) tənzimləyir.
Ölkəmizdə protokol qaydaları 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qarşılıqlılıq prinsipinin nəzərə alinması şərti ilə həyata keçirilir".
Bu barədə "Sherg.az"a STM Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O qeyd edib ki, protokol təkcə beynəlxalq konvensiyaların tələblərini, münasibətlərin ruhunu tənzimləmək üçün nəzərdə tutulmayıb, o, qaydaların, ənənlərin və şərtlərin də toplusudur:
"Yəni, hər ölkə özünəməxsus milli adət-ənənələri protokol qaydalarına əlvə edə bilər ki, bu da dövlətin suverenliyinin bariz nümunəsidir.
Məsələn, hər hansı bir yüksəkvəzifəli rəsmi şəxs Moskvaya gedəndə naməlum əsgər abidəsini, Türkiyəyə səfər edən Atatürkün mavzoleyini ziyarət edir ki, bu da rəsmi protokol qaydasıdır.
İşğalçı Ermənistanda isə rəsmi protokola görə səfər edən əcnəbi dövlət başçıları mütləq qondarma erməni soyqırımı abidəsini ziyarət etməlidir. Saxta tarixi rəsmiləşdirmək və başqa dövlətin rəsmi şəxslərini bu tetara alət etmək İrəvanın rəsmi siyasətidir. Təəssüf ki, bu gün İrəvana səfərə gələn (gedən yox) Lavrov da bu gün eyni prosedura riayət edib. Azərbaycan Respublikası müstəqillik dövrü ərzində verdiyi qurbanlar və cəlb edildiyi müharibələr nəticəsində verdiyi itkilər sayəsində bütövlükdə bu kimi fəaliyyətlər müharibənin izlərini daşımalı olub. İtkilər, məğlubiyyət və bütün rayonların mərkəzində şəhidlər xiyabanı. Ən böyüyü isə Bakıdakı azadlıq qurbanlarının uyuduğu məzarıstan. İndi isə Vətən Müharibəsi bütün reallıqları dəyişdirib, o cümlədən dünyada bizə olan münasibəti də yeni keyfiyyətə qaldırıb. Qalib ölkə kimi artıq öz ifadəsini və suverenitetini, dövlət gücünü bütün dünyaya da qəbul etdirmək zamanıdır. Əksər həmfikir dostlar kimi mən də təklif edirəm ki, müstəqil ölkənin protokol proqramına Qənimətlər Parkını ziyarət də salınmalıdır. İlk olaraq isə bu prosedur qayda Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm