Qərb kəşfiyyatı və Ukrayna bildirir: Rusiya hücuma keçəcək! – Nə zaman?
Yusif Nəzərli
11:42 13.12.2021
Siyasət
420
2022-ci ilin əvvəlində bir müdaxilə və ya işğal baş verə bilər
Aleksey Reznikov: “Eskalasiyaya hazır olmaq üçün ən çox ehtimal olunan vaxt yanvarın sonu olacaq”
Rusiya uzun müddətdir, Ukraynanın Avropaya doğru hərəkətinə müqavimət göstərir və əsas tələbi onun heç vaxt NATO-ya qoşulmamasıdır. Qeyd edək ki, cəmi yeddi il əvvəl Rusiya Ukraynanın cənubunun bir hissəsini ələ keçirdi və şərqin geniş ərazilərində münaqişəyə başlayan separatçılara dəstək verdi.
Şərqdə bu münaqişə bu günə qədər davam edir. Ukrayna bildirir ki, Rusiya üsyançıların nəzarətində olan ərazilərdə cəbhəyə tanklar, artilleriya və snayperlər göndərib. Lakin ən çox narahat olan Ukrayna sərhədindən kənarda yerləşən Rusiya qüvvələridir.
Qərb kəşfiyyat xidmətləri onların sayının 100 minə çatdığını düşünür. Lakin Qərb kəşfiyyat xidmətləri, eləcə də Ukrayna rəsmi dairələrinin bildirdiyinə görə 2022-ci ilin əvvəlində bir müdaxilə və ya işğal baş verə bilər. Ukraynanın müdafiə naziri Aleksey Reznikov qeyd edib: “Eskalasiyaya hazır olmaq üçün ən çox ehtimal olunan vaxt yanvarın sonu olacaq”.
ABŞ kəşfiyyatı bəyan edib ki, 175 minədək rus əsgəri yanvarda işə cəlb oluna bilər.
Prezident Co Bayden və cənab Putin gərginliyi azaltmaq məqsədi ilə dekabrın 7-də video danışıq aparıblar, tərəflərin dialoq qapısının açıq qalmasında maraqlı olduğuna işarə kimi qiymətləndirilir.
Rusiya Silahlı Qüvvələrinin rəhbəri Valeri Gerasimov deyib ki, Rusiyanın Ukraynaya gözlənilən işğalı ilə bağlı mediada yayılan məlumatlar yalandır.
Rəsmi Moskva rəsmi Kiyevin Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə hücum etməyi planlaşdırdığını iddia edib.
Ukrayna deyir ki, bu, Rusiyanın öz planlarını ört-basdır etmək üçün təbliğat xarakterli cəfəngiyyatdır. Rusiya həmçinin NATO ölkələrini Ukraynanı silahla təmin etməkdə ittiham edir. Prezident Putin Qərbə Rusiyanın Ukrayna ilə bağlı “qırmızı xətlərini” keçməmək barədə xəbərdarlıq edib. O, bildirib ki, Ukrayna NATO-ya üzv olarsa, o zaman hərbi kontingentlər, bazalar və hücum silahları gələcək.
Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi qüvvələrə qarşı türk pilotsuz təyyarələrini yerləşdirməsi və Qərbin Qara dənizdəki hərbi təlimləri Rusiyanı artıq narahat edir.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə