
Qərb ölkələrinin ermənilərə güzəşti - ŞƏRH
02:25 14.02.2024
Siyasət
407
Ermənistan yetərli maliyyə imkanlarına sahib deyil
Ermənistanın təkcə Hindistan və Fransa ilə yox, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah alınmasına dair çox ciddi razılaşmaları var. Bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Armen Xaçaturyan deyib. Onun sözlərinə görə, müharibədən sonra silah alışı və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yaranıb, amma bu məsələ qısa müddətdə öz həllini tapıb: “Hər halda, bu gün artıq məlum olduğu kimi Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların alınması ilə bağlı ciddi razılaşmalarımız var. Deyə bilərəm ki, bu sahədə ciddi irəliləyişlər əldə etdiyimiz digər dövlətlərlə də müqavilələrimiz mövcuddur, aralarında böyük dövlətlər də var. Əlbəttə, bunu açıqlamayacam, amma təkcə Fransa və Hindistan deyil. Ən müasir, ən azı dördüncü-beşinci nəsil sayıla biləcək silahlar alırıq. İstifadə edilmiş silahları almayacağıq”. Ermənistanın son aylarda ciddi silahlanma cəhdləri məlumdur. Lakin məsələ ondadır ki, İrəvan hökuməti qeyd edilən ölkələrdən müasir silah-sursat alması üçün yetərli maliyyə imkanlarına sahib deyil. O baxımdan bəzi Qərb ölkələrinin Ermənistanı öz maraqları naminə pulsuz silahlandırdığı və təxribatlara təhrik etdiyi deyilir.
Politoloq İlqar Vəlizadə deyib ki, böyük dövlətlərin erməniləri güzəştli şərtlərlə silahlandırması mümkündür. Lakin Ermənistan özü də əldə etdiyi vəsaitləri hərbi texnikaların əldə olunmasına yönəldir:

"Ermənistan "re-export" etməklə, yəni Rusiyaya gedən malların sayını, həcmini əhəmiyyətli dərəcədə artırmaqla xeyli vəsait əldə edib. Məlumdur ki, Rusiya Ukrayna ilə müharibədən dolayı ciddi iqtisadi sanksiya altındadır. Savaş davam etdikcə Qərb Rusiyaya qarşı addımları sərtləşdirərək, sanksiya tətbiq olunan məhsulların siyahısını artırır. Ermənistan da Rusiyanın düşdüyü vəziyyətdən sui-istifadə edir və mənfəət qazanır. Əldə olunan maddi vəsaitləri göründüyü kimi ordunun silahlanmasına, hərbi texnikanın modernləşməsinə sərf edir. Yəni Ermənistan müəyyən şərtlərlə aldığı hərbi texnikalarla yanaşı, öz imkanlarını da silahlanmaya yönəldir. Təəssüflər olsun ki, Qərb ölkələri nəinki bu fəaliyyətə göz yumur, hətta ermənilərin silahlanmasına şərait yaradırlar. Çünki Ermənistanın silahlanmasında və bölgədə təxribatlarını davam etdirməsində Qərb dövlətlərinin də maraqları var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq