Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb
13:57 17.11.2023
Siyasət
394
"Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışıb".
APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.
“Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir.
Bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq, Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür.
Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan əndişələnməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir.
Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun.
Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir”, - deyə açıqlamada deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq