Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
Yusif Nəzərli
06:15 16.03.2023
Siyasət
464
Qərbi Azərbaycan İcması Fransaya çağırış edib.
"Report"un xəbərinə görə, bu barədə icmanın Fransanın insan hüquqlarına zidd davranışı ilə bağlı yaydığı bəyanatında yer alıb.
Qeyd edilib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülh və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür:
"Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Belə ölkələrdən biri Fransadır.
Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.
Fransa açıq-aşkar mono-etnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan, Fransanın etnik təmizləmə yolu ilə mono-etnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü “insan hüquqları ölkəsi” adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya YUNESKO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.
Fransa bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.
İcmamız sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyət bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.
Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Milli Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət