Qərəzli bəyanatlar: Toivo Klaarın səsləndirdiyi fikirlər səmimidir?
09:22 20.11.2023
Siyasət
415
“Ermənistanla Azərbaycan arasında müqavilənin harada imzalanması bizim üçün müqavilənin özündən daha az əhəmiyyətlidir. Əsas məsələ belə bir müqavilənin imzalanmasıdır”.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində deyib.
O qeyd edib ki, Aİ səmimi səylərini təklif edib: “Əsas məsələ sülh məsələsində irəli getməkdir. Biz münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi təşviq etməyə çalışırıq”.
T.Klaar söyləyib ki, 3+3 formatı regiondakı ölkələrin problemləri həll edə bilməsi üçün uğurlu platformadır: “Dediyim kimi, bizim üçün ən vacib olan inkişafdır. Platforma o qədər də əhəmiyyətli deyil”.
Açıqlamanı "Sherg.az" a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, bugün Fransa, Almaniya və Belçika kimi Avropa İttifaqının aparıcı üzvlərinin qərəzli bəyanatları fonunda Toivo Klaarın səsləndirdiyi bu fikirlər heç də səmimi görünmür:
"Xüsusilə də, İttifaqın bəzi institusional orqanları çərçivəsində keçirilən qərəzli müzakirələrə və qəbul edilən əsassız bəyanatlara nəzər yetirdikdə, belə sözlü bəyanatların əməli fəaliyyətlərin kölgəsində öz əhəmiyyətini itirdiyini aydın şəkildə müşahidə edə bilərik. Ona görə də, düşünürəm ki, Avropa İttifaqı həqiqətən də cənab Klaarın ifadə etdiyi kimi sülh və sabutliyin təmin olunmasında maraqlıdırsa və bu mövqeyində səmimidirsə, ilkin olaraq işğalçı Ermənistanı hərbiləşdirərək regional təhlükəsizliyə ciddi hədələr yaradan üzvlərinə münaaibətdə açıq mövqe nümayiş etdirməlidir. Əks halda, biz hər hansı bir səmimiyyətdən danışa bilmərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə