Qərəzli “xidmət”, erməni lobbisinin himayədarlığı: Onları qara gözlərinə vurulduqları üçün saxlamırlar
Turan
13:29 29.08.2019
Siyasət
621
“Mühacir müxalifət bütün fəaliyyəti boyu Azərbaycana qarşı çirkin, böhtan və qərəz dolu mübarizə aparıb”. Bunu Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, istər ölkə daxilindəki radikal müxalifət, istərsə də xaricdə məskunlaşan ünsürlər anti-Azərbaycan mövqelərindən heç zaman əl çəkməyiblər: “Radikal müxalifləri xarici ölkələrdə qara gözlərinə vurulduqları üçün saxlamırlar. Məzh qərəzli “xidmət”lərinə görə, erməni lobbisi və anti-Azərbaycan qüvvələr onları himayə edir və maliyyələşdirir. Xaricdəki ünsürlərin fitrəti budur. Onlar öz məqsədlərinə çatmaq üçün mənfur düşmənlə əlbir olmaqdan belə çəkinmirlər, erməni dəyirmanına su tökürlər. Azərbaycana şər-böhtan atır, ədalətdən uzaq və çirkin metodlarla mübarizə aparırlar. Bu baxımdan hörmətli Əli Əhmədovun diqqət yönəltdiyi məsələ tamamilə həqiqətdir. Xaricdəki mühacir müxalifət erməni lobbisinin istəyini reallaşdırırlar”.
V.Rəhimzadə bildirib ki, onların məqsədi isə Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaqdır:
“Güclü, qüdrətli və hərtərəfli inkişaf etmiş Azərbaycan işğalçı və kasıb Ermənistanla müqayisə oluna bilməz. Cinayətkar qrupların və terrorun yuva saldığı Ermənistanda hansı demokratiyadan söhbət açmaq olar?! Düşmən ölkə müstəqilliyini itirmiş vassal ölkədir. Azərbaycan isə daim demokratik dəyərələrə önəm verən, bunu həyat prinsipinə çevirən tam suveren dövlətdir”.
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat