ReAL-da nə baş verir? - Natiq Cəfərli qurultay qərarının səbəbini açıqladı
Turan
08:54 06.11.2019
Siyasət
1031
“ReAL-ın növbədənkənar qurultayla bağlı qərarı 2 önəmli səbəbə görə verilib və iki nəfəri çıxmaq şərti ilə İdarə Heyətində dəstəklənib”. Bunu Sherg.az-a açıqlamasında ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Qurum təmsilçisi bildirib ki, qərarın verilməsində əsas səbəb partiyadaxili struktur islahatlarının keçirilməsi, daha çevik və mobil idarəetmə formasına keçid etməkdir:
“Seçkilərdə dairələr üzrə partiyanın yerli təşkilarlarının qurulması qərarı verildi. Bu da çox vacibdir. Dairələr üzrə yerli təşkilatların qurulması seçkiyə hesablanmış parlamentli partiya modelidir. ReAL ilk gündən bunu hədəfləmişdi. Nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi üçün növbədənkənar qurultay lazımdır. Çünki nizamnamə və idaretmə strukturları dəyişməli, yeni qurumlar təsis olunmalıdır. Bütün bu addımlar seçkiyə hesablanıb. Bilirsiz ki, parlament seçkisinə cəmi bir il qalıb. Məqsədimiz gələn ilki seçkidə yaxşı nəticə göstərməkdir. Qurultayın keçirilməsinin digər səbəbi isə hüquqi və formaldır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, təəssüf ki, bizə qurultay keçirmək üçün yer vermədilər. Keçən il qurultayımız onlayn baş tutdu. Azərbaycanda, bəlkə də dünyada ilk dəfə olaraq onlayn qurultay keçirtdik. Ancaq bu, indiki qanunvericiliyə uyğun gəlmir. Qeydiyyat üçün müraciət edə bilmirik. Qeydiyyatsız partiya olduğumuzu gündəmə gətirsək dövlət orqanları bizə haqlı irad tuta bilər. Deyərlər ki, “nə zaman müraciət etdiniz və sizi qeydiyyata almadıq?”. Bu problemi aradan qaldırmaq üçün növbədənkənar qurultayın keçirilməsinə qərar verdik. Növbəti qurultayımızı Azərbaycan qanunlarına uyğun həyata keçirəcəyik və sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Əgər qeydiyyata almasalar, cavab tədbirlərimiz olacaq. Məhkəməyə müraciət edərək, bunun səbəblərini öyrənməyə çalışacağıq”.
N.Cəfərlinin sözlərinə görə, qurultay bu ilin axırı baş tutacaq:
“Gələn ayın ortalarına qədər təşkilati işləri həll edəcəyik, ondan sonra qurultayımızı keçirəcəyik. İndidən namizədlərimiz bəllidir. Namizədlərimiz dairələr üzrə yerli təşkilatların sədrləri olacaq. Yəni ReAL digər partiyalar kimi rayon, şəhər və ya kənd təşkilatlarına ayrılmayacaq. İndi fəaliyyət göstərən bütün siyasi təşkilatlar sovet dövründəki Kommunist partiyasına bənzəyir. Tamamilə yeni və parlament tipli bir partiya qurmağı hədəfləyirik”.
İcra katibi partiyadakı narazı şəxslərlə bağlı da münasibət bildirib:
“ReAL-da kiminsə narazılıq etməsi təbii prosesdir. Partiyamızın özəlliyi və gözəlliyi ondadır ki, qurumda kifayət qədər fərqli görüş sahibləri təmsil olunur. Burada hər zaman müxtəlif fikirlər və yanaşmalar olub. Bu da zənginlikdir. Qərarlardan razı olmayanlar yəqin ki, yenilikçi prosesdə özlərini görmürlər və iştirak etmək istəmirlər. Bu da onların təbii haqqıdır və biz onlara hörmətlə yanaşırıq. Amma böyük çoxluq sədr İlqar Məmmədovun təklifini qəbul edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə