Reallıqlarla barışır
Yusif Nəzərli
04:30 04.03.2022
Siyasət
830
Paşinyanın açıqlamasında sülhə maraqlı olduğu görünür
"Ancaq əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməlidir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxış edən baş nazir hökumətin gündəliyində olan məsələlərdən danışıb: “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.
Paşinyan çıxışı zamanı onu “torpaq itirilməsinə” görə tənqid edən müxaliflərə də cavab verib. O, parlamentin “Ermənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının “Sanasar” olduğunu deməmələrini tələb edib: “Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”.
Ermənistan baş nazirinin açıqlamaları ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın izolyasiya olunması və Ukraynada hərbi uğursuzluğu Paşinyanın sülh müqaviləsini ortaya atmasına gətirib çıxarıb. Analitikə görə, baş nazir ilk növbədə 10 noyabr və sonrakı danışıqlarda əldə olunan razılaşmalara əməl etməlidir ki, sülh müqaviləsi bağlansın:
“Ermənistan tərəfi sülh deyə bilər. Amma əsas sual odur ki, İrəvan hansı təkliflər əsasında sülh müqaviləsində maraqlıdır? Ermənistan Azərbaycanın konstruktiv təkliflərini qəbul etməlidir. Azərbaycanın bütün təklifləri beynəlxalq hüquqa söykənir. Biz Ermənistana ərazi iddiaları irəli sürmürük. Ümumən, Paşinyanın sülhdə maraqlı olduğu görünür. Amma Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməlidir. Sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa və şərtlərimizi qəbul edirsə, bunu açıq-aşkar etiraf etməli, ən azından humanist davranış sərgiləyərək Novruz bayramında Azərbaycan xalqını və prezidentini təbrik etməlidir”.
Siyasi şərhçi Samir Hümbətov da “Şərq”ə deyib ki, Rusiyanın başının Ukraynada işğala qarışdığı vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamaları heç də təsadüfi deyil:
“Paşinyan digər erməni siyasətçilərindən fərqli olaraq yeni reallığı dərk edir. Onun müxaliflərə Azərbaycan ərazisinə “Sanasar” deyil, Qubadlı deyin” söyləməsi, “sülh müqaviləsi bağlamalıyıq” deməsi və kommunikasiyalardan danışması buna dəlalət edir. Paşinyan uduzmuş Rusiyanın deyil, hər vəziyyətdə qalib olmağı bacaran Qərbin fikirlərinə qulaq asmağı üstün tutur. Qərb və yeni dünya reallıqları isə Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm