Region üçün mühüm iki həftə: Çavuşoğlu Əmirabdullahianın "nəbzini yoxlayacaq"
Yusif Nəzərli
10:22 01.06.2022
Siyasət
731
"Qarşıdakı həftələrdə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Türkiyəyə səfər edə bilər. Məlumatı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən "Anadolu"ya müsahibəsində verib. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb. Lakin regionda ciddi proseslərin baş verdiyini nəzərə alsaq, belə bir səfər tamamilə gözlənilən idi"
Bu sözləri "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
Analitikin fikirlərinə görə, diplomatların müzakirə gündəliyindəki mövzulardan biri, şübhəsiz, Cənubi Qafqazdakı vəziyyətdir :
"Nazirlər Ermənistanla Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin bərpası haqda fikir mübadiləsi aparma ehtimalı var. Güman ki, Çavuşoğlu İranın "nəbzini yoxlamaq", rəsmi Tehranın proseslərə münasibətini öyrənmək istəsin. Çünki İkinci Qarabağ müharibəsi vaxtı cənub qonşumuzun proseslərə münasibəti heç də birmənalı deyildi. İndi isə Çavuşoğlu Əmirabdullahiandan daha konkret mövqe istəyə bilər.
Həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrovun da Türkiyəyə səfərləri planlaşdırılır. Görünür, Ankara regionda "daşları yerinə oturtmaq" üçün səy göstərir. Türkiyə və İran XİN başçılarının görüşündə altılıq platforması ilə bağlı müzakirə aparılması da mümkündür".
K.Novruzovun qənaətincə, əsas müzakirə mövzularından biri də Ukrayna ilə Rusiya arasında davam edən müharibə olacaq:
" İranla Rusiya arasındakı münasibətlərdə zaman- zaman ziddiyyətlər yaşansa da, iki dövlət xüsusilə, regional "meydança"da "paslaşmağı" da yaxşı bacarırlar. Yəqin, Kiyevə nisbətən Moskva Tehran üçün daha əhəmiyyətlidir. Əlbəttə, Türkiyə üçün İranın sözügedən məsələdə onun mövqeyinə yaxın mövqe sərgiləsiməsi, yəni tərəf tutması arzuolunandır. Bəlkə də, M.Çavuşoğlu həmkarına öz təkliflərini çatdıracaq. Hətta istisna deyil ki, görüşdən sonra Əmirabdullahian İranın vasitəçiliyini təklif etsin.
Eləcə də, ikitərəfli əməkdaşlığın perspektivlərinin də müzakirə olunacağı şübhəsizdir. Bütün hallarda, regional proseslər baxımdan qarşıdakı iki həftə mühüm əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə