Regionda reallıqlar Tehranı yanlış yoldan döndərdi
Yusif Nəzərli
02:28 30.11.2021
Siyasət
2296
İbrahim Rəisi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədi
İƏT-in XV Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu. Bu görüşlərdən ən diqqət çəkəni isə bəlkə də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüşü idi. Rəsmi Bakı və Tehran arasında davam edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi.
Görüşlə bağlı fikirlərini “Şərq”lə bölüşən siyasi-şərhçi Turan Rzayev bildirib ki, Rəisinin sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi Tehranın səhvini anladığını göstərdi. Analitik bildirib ki, bununla da İran Bakıyla gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdi:
“Hesab edirəm ki, Rəisi “İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prinsip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi. İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür”.
Aynurə Pənahqızı
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə