Rusiya Qərbin "əsəbləri ilə oynayır"
Yusif Nəzərli
08:39 14.12.2021
Siyasət
500
Rusiya ilə Ukrayna arasında gərginlik davam edir. Qərbin proseslərə münasibəti isə özünü getdikcə daha aydın göstərir. Bir çox Avropa ölkələri, o cümlədən ABŞ Ukraynanı açıq- aşkar dəstəkləyir. Həmçinin beynəlxalq təşkilatların mövqeyi də tədricən müəyyənləşir.
Məsələn, ATƏT- in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu günlərdə Ukraynanın suverenliyinini və ərazi bütövlüyünü dəstəklədiyini açıq bildirib: “Rusiya gərginliyi azaltmalıdır. Növbəti işğal faktı güclü reaksiyaya səbəb olacaq. Avropanın təhlükəsizliyi qorunmalıdır”.
Avropa Birliyi baş diplomatı Josef Borel isə ABŞ və Britaniya ilə birlikdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların müzakirə olunduğunu söyləyib: "Biz çəkindiricilik mövqeyindəyik. Ukraynaya qarşı işğal Rusiyaya baha başa gələcək”.
Görünür, Rusiya artıq Qərbin "əsəbləri ilə oynamağa başlayıb". Əslində bu, sadəcə üzdə olandır. Daha dərində isə ABŞ, Britaniya və digər bəzi Avropa ölkələri Rusiyaya şahmat dili ilə desək, ən azından "şah verməkdən" ötrü Ukrayna "kartından" istifadə edirlər. Onları maraqlandıran Kiyev yox, Moskvadır. Çünki Kreml region mübarizəsində artıq Qərbin "ayağına dolanır".
Qərbin dəstəyini hiss edən Zelinski hakimiyyəti bir neçə dəfə proqnozlaşdırdığımız kimi, çox güman, geri çəkilməyəcək.
Rusiya rəsmilərinin bəyanatları onu deməyə əsas verir ki, şimal qonşumuzun da belə fikri yoxdur. Bu isə müharibə ehtimalını getdikcə artırır. Potensial savaş zamanı Rusiyanın yanında hansı dövlətlərin olacağını indidən demək çətindir. Məsələ ondan ibarətdir ki, hazırda Rusiyanın müttəfiqləri belə, həmin vəziyyətdə ona qarşı çıxa bilərlər. Ancaq Ukraynanı dəstəkləyənlər az olmayacaq. Çünki Rusiya artıq dünyanın "baş ağrısına" çevrilib. Moskvanı SSRİ-ni bərpa etmək xəyalı, təkqütblü dünya arzusu ona baha başa gələcək.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm