Rusiya Ukrayna böhranında dalana dirənib! – “İşğalçılıq planları pozulur”
Yusif Nəzərli
13:49 04.03.2022
Siyasət
592
Səməd Seyidov: “Bakı bir neçə dəfə Zelenskinin çıxışlarında "təşəkkür" sözü ilə müşayiət olunub. Rusiya ilə əlaqələrimiz də yüksək səviyyədədir”
Samir Hümbətov:“Rusiya Ukrayna məsələsində uğur qazanarsa, beynəlxaq səviyyədə nüfuzunun qalxma, işğalçılıq siyasətini gücləndirmə ehtimalı var”
“Təbii Baltikyanı ölkələri, Polşanı və digər əraziləri zəbt etməsi onun imkanlarından aslıdır”
Rusiya Ukrayna müharibəsinin yaratdığı böhranın miqyası genişlənir. Qərb-Rusiya qarşıdurmasının yön alacağı istiqamətlər gündəmin ilk sırasındadır. Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlamalarla çıxış edib. O, jurnalistlər üçün təşkil etdiyi brifinqdə Qərb ölkələrini vaxtında bu faciənin qarşısını almamaqda günahlandırıb.“Biz ailələrimizə, sevdiklərimizə, Ukraynanı itirməyimizə görə qorxuruq. Qərb və NATO-dan təhlükəsizlik təminatı istəyirik.
Biz savaşa girin demirik, savaşın qarşısını alın söyləyirik. Amma burada Qərb tərəfindən bir zəiflik gördük ”, - deyə dövlət başçısı diqqətə çatdırıb.
O, gec də olsa ölkəyə silah göndərən dövlətlərə təşəkkür etdiyini söyləyib:
“Onların gecikməsi minlərlə ukraynalının həyatı bahasına başa gəldi”.
Dövlət başçısı xəbərdarlıq edib ki, əgər məğlubiyyətə uğrasalar, növbədə Baltikyanı ölkələr, Polşa, Gürcüstan və digərləri olacaq.
Zelenskinin açıqlamasına münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Azərbaycanın Ukraynaya 5 milyon dollar humanitar yardım göstərdiyini vurğulayıb:
"Təyyarələr göndərilib. Ərazi bütövlüyümüzlə bağlı ən müqəddəs dəyər kimi bütün xalqları müdafiə edirik. Həmçinin Həmişə Birləşmiş Millətlər Təşkilatı (BMT ) , Xarici İşlər Nazirliyi ( XİN ) və AŞPA nümayəndələri bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bizim siyasətimiz dürüstdür, açıqdır. Qonşularla normal şəkildə münasibətlər qururuq. Heç də təsadüfi deyil ki, Bakı bir neçə dəfə Zelenskinin çıxışlarında "təşəkkür" sözü ilə müşayiət olunub. Rusiya ilə əlaqələrimiz də yüksək səviyyədədir. Bir sözlə, Azərbaycan başqa ölkələr üçün nümunədir".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib ki, uzun müddətdir, V.Putinin növbəti hədəflərilə bağlı məlumatlar yayılır:
"Rusiya Ukrayna məsələsində uğur qazanarsa, beynəlxaq səviyyədə nüfuzunun qalxma, işğalçılıq siyasətini gücləndirmə ehtimalı var. Rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadi, hərbi vəziyyətinin inkişafını ləngidir. Əgər sanksiyalar uzun müddət qüvədə qalarsa , Rusiyanın iqtisadi cəhətdən sarsılması ilə nəticələnəcək. Lakin müharibədə rahat şəkildə uğur əldə edəcəyini, qazanacağını da düşünmürəm".
Analitikin sözlərinə görə, Rusiya Ukrayna böhranında dalana dirənib , geriyə addım ata bilmir:
"Hətta Kiyevi tutaraq mövcud hakimiyyəti devirib, əvəzinə özünün istədiyi "oyuncaq hakimiyyət" qurarsa, yenə də iqtisadi durumu əvvəlki kimi olmayacaq. İqtisadiyyatı çökən dövlətin zəifləməsi surətlənə bilər. Bu da digər hücum məsələsini sual altına salır. Təbii Baltikyanı ölkələri, Polşanı və digər əraziləri zəbt etməsi onun imkanlarından aslıdır. Hələ imkanları həmin səviyyədə deyil. Ona görə də, V. Zelenskinin dediyinin tam gerçəkləşəcəyinə inanmıram. Rusiyanın böyük arzusudur, lakin reallıq şərait yaratmır. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları onun işğalçılıq planlarını davam etdirməsinə imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm