Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsi…
17:39 23.04.2024
Siyasət
403
Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsinə çalışır.
"Sherg.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviq edilməsi haqqında” mövzusunda keçirilən iclası ilə bağlı mətbuata açıqlamasında deyilir.
Bəyanatda bildirilir ki, kollektiv Qərb ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri çərçivəsində Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar:
"Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda sabitliyi pozmağa, Rusiyanı bu ölkələrlə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır. Rusiya çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirəcək”, - Rusiya XİN-in bəyanatında vurğulanır.
Sənəddə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilir.
Həmçinin bölgənin üzləşdiyi problemlərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə “3+3” regional məsləhətçi platformasının potensialından istifadənin vacibliyinə diqqət çəkilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya