Rusiya XİN Azərbaycan və Ermənistana çağırış edib
Rusiya XİN Azərbaycan və Ermənistana çağırış edib
12:47 14.02.2024
Siyasət
388
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Rusiya tərəfi baş vermiş hadisədən ciddi narahatlıq hissi keçirir.
“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə qətiyyətlə çağırırıq. Ortaya çıxan bütün məsələlər yalnız sülh, siyasi-diplomatik yollarla həll edilməlidir. Baş verənlər bir daha təsdiq edir ki, Azərbaycan və Ermənistan 2020-2022-ci illər arasında yüksək səviyyədə bağlanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə tezliklə qayıtmalıdırlar. Əminik ki, ərazi mübahisələri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyalar çərçivəsində həll edilməlidir. Biz bu prosesə məsləhətçi qismində yardım göstərməyə hazırıq”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.
Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq