Rusiya XİN Paşinyanı reallığa çağırdı: “Üçtərəfli Bəyanatın hərtərəfli həyata keçirilməsində..."
Yusif Nəzərli
07:53 12.01.2023
Siyasət
431
“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir.
Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
“Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi məsələnin müəyyən “kompleks həllinə” üstünlük verilməsindən danışıb”, - deyə M. Zaxarova bildirib.
O xatırladıb ki, tərəflərin sülh müqaviləsini imzalayarkən əsas götürməyə razılaşdıqları Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir.
“Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.
Onu da xatırlatmaq istərdik ki, 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü keçirilməli idi. Hər iki ölkənin liderləri buna razılıq veriblər. Görüşün keçirilməsi üçün hər şey hazırlanmışdı. Amma məhz Ermənistan rəhbərliyi ölkəsinin xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv etdi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsinə mane oldu”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.
O, erməni tərəfini reallığa qayıtmağa çağırıb:
“Əgər erməni tərəfdaşlar Üçtərəfli Bəyanatın hərtərəfli şəkildə, ən yüksək səviyyədə həyata keçirilməsinə uyğun olaraq müəyyən edilmiş problemlərin həllində, həqiqətən, maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, əməkdaşlığa davam etməlidirlər. Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təmin etmək təklifi qüvvədə qalır”.
Mənbə: mid.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat