Rusiya XİN: “Ümid edirik, Azərbaycanın İrandakı səfirliyinə hücumda günahkarlar məsuliyyətə cəlb olunacaqlar”
Yusif Nəzərli
09:41 27.01.2023
Siyasət
441
“Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, Tehranda Azərbaycan səfirliyinə hücumda günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya xarici siyasət qurumundan bəyan edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin hökumətlər tərəfindən təmin edilməsinin zəruriliyini vurğulayır.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə, Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun iki həmkarı yaralanıb. Hücum edən şəxs saxlanılıb, Tehran polisi araşdırma aparır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar.
Baş vermiş insident 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq qəbul edilən dövlətin hakimiyyət orqanları tərəfindən diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin təmin edilməsi vacibliyini bir daha təsdiqləyir”, - deyə bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat