Rusiyalı oliqarxlar varidatlarını daşıyır
Yusif Nəzərli
21:20 02.03.2022
Siyasət
534
Villa, yaxtalar və lüks avtomobillərə “əl qoyulur”
Fransanın İqtisadiyyat naziri Bruno Le Marie Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların rusiyalı iş adamlarına da mənfi təsir göstərəcəyini, oliqarxlara məxsus varidata dövlətin əl qoyacağını açıqlayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, bəzi oliqarxlar var-dövlətlərini başqa ölkələrə daşıyır artıq. Fransanın cənubundakı Cote d.Azur bölgəsinin zəngin rusların əsas səyahət məkanı olduğu nəzərə alınarsa, məlum qərardan bir çoxlarının təsirlənəcəyi aydın görünür.
“Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Fransa hökuməti qərarını açıqlamazdan öncə “Boeing” təyyarəsi ilə Niceni tərk etdiyi deyilir.
Fransanın məşhur kurort zonalarında - Saint-Jean-Cap-Ferratda rusiyalı başqa bir milyonçu Arkadi Rotenbergin villası, Rusiya Prezidenti V.Putinə yaxınlığı ilə tanınan Gennadi Timçenkonun da həftə sonlarını keçirmək üçün tez-tez səfər etdiyi Lavandouda villası var. “L. Obs” dərgisi isə yazır ki, G.Timçenko həyat yoldaşına Cap Negredə 5 “ulduzlu” otel hədiyyə edib. Rus oliqarxların Kannda, San-Tropez, Antibesdə yaxtaları vardır. Təkcə Abramoviçin 162 metrəlik yaxtası 2013-cü ildən Antibesdədir. Avropa Birliyinin sanksiyaları səbəbindən bir çox nəhəng şirkətlər – HSBC, BP, Shell və digər qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırıb. “Boeing” Rusiya tərəfdaşları ilə əlaqələri kəsib. “Apple” də bütün satışları dayandırıb. “SberBank” da Avropa bazarından çıxıb. Putin isə ölkədən 10 min dollardan artıq nağd pul çıxarılmasını yasaqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm