Rusiyanın görəcəyi günlər qabaqdadır
Yusif Nəzərli
09:12 03.03.2022
Siyasət
1537
Belə getsə rus xalqının etiraza qalxacağı qaçılmaz olacaq
Rusiya Qərbin hərtərəfli sanksiyalarına, təzyiqlərinə məruz qalır. Kreml rəhbərliyinə qarşı oliqarxların, elm ictimaiyyətinin və əhalinin müəyyən etirazları olsa da, narazılıq kütləvi xarakter daşımır. Putinin işğalçılıq siyasəti fonunda rusların kütləvi etirazları nəzərə çarpmır. Halbuki, Rusiyaya qarşı məlum sanksiyalar və təzyiqlərindən sonra dünya birliyi rus xalqından izdihamlı aksiyalar gözləyirdi.
Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hökumət əleyhinə baş vermiş etiraz aksiyalarına polis tərəfindən sərt müdaxilə olunub, minlərlə rus saxlanılıb.
Siyasi şərhçi Azər Niftiyev “Şərq”ə bildirib ki, Rusiya sonu məlum olmayan yola qədəm qoyub. Ekspert xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı hücumundan öncə ABŞ Prezidenti Co Bayden və Avropa dövlətlərinin liderləri Ukraynada yaşayan vətəndaşlarına müraciət edir, onları təcili olaraq bu ölkəni təkr etməyə çağırırdılar. Ardınca da bəyan edirdilər ki, Rusiyaya qarşı döyüşməyəcəklər:
“Bütün bunlar Putində bir arxayınlıq yaratdı və hesab edirdi ki, Qazaxıstanda baş verən senarini Ukraynada da təkrarlaya biləcək. Düzdür, o gözləyirdi ki, Rusiya banklarını SVIWT-dən ayıracaqlar, müəyyən sanksiyalar olacaq, lakin bu həddə qədər olacağını ehtimal etmirdi. Eyni zamanda Ukrayna iqtidarının və xalqının sona qədər müqavimət göstərəcəyini də nəzərə almadı”.
Analitikin sözlərinə görə, Putin bu gün çətin seçim qarşısında qalıb:
“Belə demək mümkünsə, ABŞ və Qərb onu tələyə saldı. O, bir neçə günə Zelenskini devirib, parlamenti buraxıb, öz adamını, misal üçün, Yanukoviçi yenidən hakimiyyətə gətirib, Ukraynanı nəzarətə almalı və bir müddət sonra isə ordusunu Ukraynadan çıxarmalı idi. Lakin Qərb Kremlə qarşı elə sanksiyalar tətbiq etdi ki, daha bundan sonra Putinin Rusiyaya rəhbərlik etməsi faktiki olaraq mümkün deyil. Ya Rusiya Şimali Koreya yolunu tutmalı və özünü dünyadan təcrid etməli, ya da məğlubiyyətini eiraf etməlidir. Hadisələr sürətlə inkişaf etsə də, yeni başlayıb. Bu mənada rus xalqının Putini dəstəklədiyinə dair iddiaları əsassız saymıram. Rusiya ictimaiyyəti Qərbin sanksiyalarını öz üzərində daha çox hiss etdikcə, daxili müqavimət qarşısıalınmaz xarakter alacaq”.
A.Niftiyev əlavə edib ki, Rusiyanın görəcəyi günlər hələ qabaqdadır:
“Artıq Rusiya oliqarxları müharibəyə kəskin etiraz edirlər. Putin nüvə müharibəsi ilə dünyanı hədələyir. Halbuki, bir neçə ay öncə deyirdi ki, nüvə barədə danışmağın özü belə axmaqlıqdır. Bu gün isə bu barədə bəhs edir, tapşırıqlar verir. Çünki bilir ki, itirəcəyi bir şey yoxdur. Rusiya ictimaiyyətinin etiraza qalxacağı qaçılmazdır və rusların Putinin işğalçılıq siyasətini dəstəklədiyinə dair fikirlərin heç bir əsası yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm