“Saakaşvili əfvi üçün cığır açmaq istəyir”
Yusif Nəzərli
15:57 13.12.2021
Siyasət
530
Eks prezident Mixeil Saakaşvili, Gürcüstan prezdenti Salome Zurabişvilinin çağırışına cavab verərək ölkənin dördüncü prezidenti Qiorqi Marqvelaşvili ilə onu Qori Hospitalına görüşə dəvət edib. O, ölkədə sülhün təminatı danışıqlardan keçdiyini bildirib. M.Saakaşvili hazırda ən yaxşı formatın Cənubi Afrika formatı və modeli olduğunu, dəyirmi masa arxasında əyləşib vətənin keçmişi və ən əsası Avro-Atlantik demokratik gələcəyi haqqında birlikdə danışmağın, eyni zamanda ,xalqın ləyaqətli,təhlükəsiz həyat şəraitini müzakirə etməyin vacibliyini vurğulayıb. Eks prezident qeyri-qanuni məhbus kimi bu görüş əsnasında özünün azad olunacağı ilə bağlı heç bir fikri olmadığını və əfv istəmədiyini söyləyib. Saakaşvili azlığın çoxluğu sıxışdırmaq cəhdinin böyük vətəndaş qarşıdurması təhlükəsi yaratdığını,ölkə üçün fəlakət olduğunu və yeganə düşmən Rusiyanın da bunu arzu etdiyini deyib:
“Gürcüstanın sülhə,inkişafa və tam bərpaya ehtiyacı var.Vaxt çox qısadır və bir dəqiqə belə itirmək olmaz.Ona görə də mən Gürcüstan cəmiyyətindən,siyasi qüvvələrdən, qeyri-hökumət sektorundan, mediadan, beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, barışıq prosesini və mənim təklif etdiyim formatı dəstəkləsinlər”, - deyə M.Saakaşvili diqqətə çatdırıb.
Maraqlıdır,eks prezidentin bu addımı nəyə hesablanıb? O bu görüşdə özünün əfvi ilə bağlı həqiqətənmi heç bir maraq güdmür?
Mövcud durumu siyasi analitik Turab Rzayev “Sherg.az” a şərh edərkən bildirib ki, prezidentə bu cür müraciət etmək Saakaşvilinin hədəfi olub:
“Çünki bəzi yerlərdə S.Zurabişvilinin onu əfv edəcəyi gündəmə gəlmişdi .Amma o bunu etməkdən çəkindi, qorxdu. Əgər indi S.Zurabişvili daha bir addım atıb barışığ yolunu seçsə, ən azından onu ziyarətə getsə və yaxud da onu əfv edilməsinə hər hansı bir şəkildə müdaxilə etsə, bu onun mübarizəsini yüngülləşdirə bilər”.
Siyasi analitik M.Saakaşvilinin əsas yolun barışığdan keçdiyini deməsinin dolayısıyla onun əfv edilmək istəyindən xəbər verdiyini söyləyib:
“ O İvanişvilinin də aktiv şəkildə bu barışığda iştirak etməsini istəyir. Düşünür ki, prezident hadisələrə birbaşa müdaxilə edərsə, o zaman gürcü cəmiyyətində hərəkətlilik yarana bilər və hazırkı hökumətin onu uzun müddət həbsdə saxlaması imkansız hala gələr. Eyni zamanda məsələ cəmiyyət arasında gündəmdən düşməz”.
T.Rzayevə görə eks prezident bu addımla tərəfdarları arasında canlanma yaratmaq, öz əfvi üçün cığır açmaq istəyir və eyni zamanda, özünü cəmiyyətdə qatı, barışmaz, radikal biri kimi yox qarşılıqlı anlaşma tərəfdarı kimi tanıtmaq niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə