
“Saakaşvili mübarizəsini davam etdirəcək”
Yusif Nəzərli
11:37 30.11.2021
Siyasət
615
“O, tərəfdarlarını küçə mitinqləri və yürüşlərə çağırır”
“Burada yəqin ki, böyük həlledici rolu Qərbin Gürcüstan hökumətinə qarşı münasibəti, sanskiyalar və s. oynayacaq”
“Qərb onu ciddi şəkildə müdafiə etsə, yəqin ki, onu müəyyən şərt qarşılığında buraxa bilərlər”
“Bu, ölkəni tərk etmək, hansısa yolla Qərbin müxalifətin hakimiyyət qələbəsini tanıması şərti də ola bilər”
Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili nə Gürcüstanın ədliyyə sistemini, nə də ona qarşı irəli sürülən ittihamları qəbul etdiyini deyib. M.Saakaşvili həbs olunduqdan sonra ilk dəfədir ki, məhkəmədə iştirak edib. Proses şəhər məhkəməsi binası yaxınlığında səs-küylü etiraz aksiyası fonunda baş verib. Prosesdə media nümayəndələrindən yalnız Gürcüstanın Birinci Kanalının jurnalistləri və operatorları iştirak edib. Televiziya şirkəti vaxtaşırı məhkəmədən xəbərlər tirajlayıblar.
Hakimlər M.Saakaşvilinin səhhətini nəzərə alaraq, ona su içməyə icazə veriblər. Siyasətçi cavab verib ki, onlara təşəkkür edir və yaxşılığı dəyərləndirir.
Məhkəmə başlamazdan öncə zalda Gürcüstanın himninin səsləndirilməsi hakimlərin narazılığına səbəb olub.
M.Saakaşvili “Himnə qadağa? Mənim yaratdığım Gürcüstanın himni altında mən mübahisə etmək istəmirəm”, - deyə bildirib.
Vəkillər tələb ediblər ki, iclas telekanallar vasitəsilə canlı yayımlansın.
Eyni zamanda onlar prosesi “Facebook”da canlı yayımlayıblar, ancaq hakim onlardan yayımı dayandırmağı xahiş edib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Həmin vaxtdan o, aclıq aksiyasına başlayıb. Bundan əvvəl Gürcüstanda M.Saakaşvili bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işləri ilə bağlı qiyabi mühakimə olunub. Birinci məsələdə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-prezident noyabrın 7-si 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunub. Bu işlər üzrə məhkəmələr hələ davam edir.
Gürcüstan hakimiyyəti M.Saakaşvilini azadlığa buraxmaqdan imtina edir.
M.Saakaşvili Tbilisi Şəhər Məhkəməsindəki çıxışında gürcü xalqına müraciət edib. Sabiq dövlət başçısı gürcülərə vətənlərinə görə qürur hissi keçirib-keçirmədikləri, inkişaf sürəti üçün darıxıb-darıxmadıqları ilə bağlı sual ünvanlayıb. Bundan başqa M.Saakaşvili həbsdən öncə Gürcüstanda bir neçə nəfərlə ünsiyyətdə olub və insanların çox bədbəxt olduğunu gördüyünü qeyd edib.
O, həmçinin bildirib ki, bu gün ölkədə baş verənlərə birgə son qoyulmalıdır.

Eks-prezidentin siyasi taleyini “Sherg.az”a şərh edən analitik Turab Rzayevin qənaətincə, Saakaşvili bundan sonra da mübarizəsini davam etdirəcək:
“Əlbəttə ki, eks-prezidentin mübarizəsi artıq daha çətin olacaq. Çünki seçkilər bitib. Bunda sonra əhalinin siyasi aktivliyi, küçə yürüşlərindəki iştirakı bir az çətin görünür. Yəqin ki, Saakaşvili böyük ehtimal Qərbin, Avropa İttifaqının (Aİ) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyinə ümid edir. Əgər Gürcüstan hökuməti üzərində böyük bir təzyiq yaradıla bilsə, böyük ehtimalla Saakaşvilini həbsdən azad edəcəklər . Təzyiqlər dedikdə Gürcüstan hökuməti hər hansı maddi yardımlardan məhrum olacağı, müxtəlif sanskiyalarla qarşılaşacağı nəzərdə tutulur. Yox, əgər hakimiyyət görsə ki, Saakaşvilinin həbsdə olması problem yaratmır, onu mümkün qədər daha çox “içəridə” saxlayacaqlar. İstənilən halda Saakaşvilinin həbsdən çıxması ölkədə əmin-amanlığı poza, ictimai asayişdə dalğalanmaya səbəb ola bilər”.
T.Rzayev həmçinin əlavə edib ki, hökumət təbii olaraq seçkini keçirib, hakimiyyəti “bərkitmək” istəyir:
“Hökumət istəmir ki, ölkə daxilində yenidən küçə iğtişaşları, mitinqlər, böyük etiraz aksiyaları keçirilsin. Ona görə də hakimiyyət mümkün qədər Saakaşvilini uzun müddət həbsdə saxlamağa çalışır. Amma keçmiş prezident tərəfdarlarını küçə mitinqləri və yürüşlərə çağırır. Burada yəqin ki, böyük həlledici rolu Qərbin Gürcüstan hökumətinə qarşı münasibəti, sanskiyalar və s. oynayacaq. Qərb ciddi şəkildə Saakaşvilini müdafiə etsə, yəqin ki, onu müəyyən şərt qarşılığında buraxa bilərlər. Bu, ölkəni tərk etmək, hansısa yolla Qərbin müxalifətin hakimiyyət qələbəsini tanıması şərti də ola bilər”.
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya