Sabiq spiker:"Haqq-ədalət Rusiyanın tərəfindədir" - SƏS YAZISI
Yusif Nəzərli
01:40 05.03.2022
Siyasət
1137
Yaqub Məmmədov: "Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma"
“Ukrayna - Rusiya müharibəsində əsas günahkar ABŞ-dır”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Eks spiker bildirib ki, NATO Rusiyanın qərb sərhədlərinə yaxınlaşmamalıydı. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin neçə dəfə Amerikaya xəbərdarlıq etdi:
“Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Əfsuslar olsun ki, burada ən böyük ziyanı Ukrayna xalqı, mülki adamlar görür. Müharibə uzanacaq. Ukrayna balaca dövlət deyil, ukraynalılar mübariz xalqdır. Kaş müharibə olmayaydı, iki qardaş xalqı, slavyan millətlərini bir-birinə qırdırırlar.
Tarix boyu birlikdə yaşamış xalqları bir-birinə düşmən edən ABŞ-dır. Siyasətçilərin oyunbazlığı, hegemonluq davası xalqları qarşı-qarşıya qoyur. Prosesləri, insan itkilərini ürək ağrısı ilə izləyirik. Gözəl bir ölkə dağılır, şəhərləri viran olur, mülki insanlar qurbana çevrilir. Qərb bunu istəyirdi?”.
Y.Məmmədov vurğulayıb ki, Amerika Rusiya rəhbərliyini qıcıqlandırmasaydı, müharibə başlamazdı:
“Moskvanın yeganə tələbi o idi ki, NATO Ukraynaya, Rusiyanın qərb sərhədlərinə gəlməsin, qoşun yığmasın. Əgər özü savaşa girmirsə, Ukraynaya yardım göstərmirsə, hərbi blok hansı məqsədlə Rusiyanın qərb sərhədlərinə gəlirdi?! Qərb öz vədini dəfələrlə pozub, Polşaya, Rumıniyaya, Çexiyaya girib. Ukraynaya müdaxilə son hədd idi. Dünyada yüzlərlə ölkə var, hamısı NATO-ya, Avropa İttifaqına üzv olası deyil ki? Moskvanın Donetsk və Luqanskı “müstəqil dövlət” kimi tanıması da Qərbin təhriki ilə oldu. Zelensikini də “tırkalayıb” Minsk razılaşmasından uzaqlaşdırdılar. Allah eləməsin, nüvə müharibəsi başlasa, dünyanın aqibəti necə olacaq, bunun hesabını kim verəcək? Ukraynaya fitva verirlər, hərbi texnika, xarici legionlar göndərirlər. Qərb əvvəl deyirdi ki, SSRİ şər ittifaqıdır, onu mütləq dağıtmaq lazımdır. İndi SSRİ yoxdur, amma ABŞ yenə də Rusiyadan əl çəkmir. Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma. Belə çıxır ki, indi şər qüvvəsi ABŞ özüdür. Qərb Rusiyanı təxribata çəkdi, Kreml də səhv edərək təxribata getdi”.
Yaqub Məmmədov sanksiyaların Rusiyanı zəiflədəcəyinə inanmadığını deyib:
“Rusiya böyük dövlətdir, təbii sərvətləri çoxdur. İnanmıram ki, müharibə və sanksiyalar nəhəng bir ölkəni çökdürsün.
Müəyyən problemlərin yaşanacağı qaçılmazdır, amma sadəcə iqtisadi sanksiyalarla Rusiyanı diz üstə çökdürmək mümkünsüzdür.
Bilirsiz, digər millətlərdən fərqli olaraq rusların yaşayış üçün tələbləri çox deyil. Ruslar hər şeylə qane olan, yüksək rifah arxasınca getməyən xalqdır.
Ona görə də sanksiyalara görə hökumətə etiraz etmirlər, əksinə, təzyiqlərə məruz qaldığı üçün dəstəkləyirlər”.
Müsahibəyə dair səs yazısını təqdim edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm