Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
Yusif Nəzərli
14:57 17.03.2025
Siyasət
339
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Sherg.az xəbər verir ki, əvvəlcə tərəflər arasında təkbətək görüş olub. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Spiker Sahibə Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə səfəri və paytaxt Bakının sürətli inkişafı haqqında müsbət təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb.
Federasiya Şurasının sədri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib, bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb.
Valentina Matviyenko, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin, nəhəng iqtisadi layihələri uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb. O cümlədən, COP29 çərçivəsində təşkil olunmuş Parlament Toplantısının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya