Şairin namizədliyi qeydə alındı: “Şansımı yüksək qiymətləndirirəm”
Turan
09:06 03.01.2020
Siyasət
1029
Jurnalist, şair-publisist, Prezident təqaüdçüsü Tural Turanın növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb. Bu barədə "Sherg.az"a danışan Tural Turan 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının onun namizədliyini təsdiqlədiyini söyləyib.
Jurnalist 500 imzadan 489-nun keçərli olduğunu bildirib:
"Bundan sonrakı əsas mərhələ seçicilərlə görüşdür. Artıq seçicilərlə imzatoplama kampaniyasında bir araya gəlmişik. Kənd-kənd, ev-ev gəzərək insanların problemlərini dinləmişik. Dairənin yarısından çoxunda nüfuzumuz var. Şansımı yüksək qiymətləndirirəm. Seçki gününə qalan müddət ərzində komanda şəklində bütün səylərimizi səfərbər edərək dairədə kifayət qədər səs toplamaq üçün çalışacağıq. Ümid edirəm, hər şey yaxşı olacaq".
Qeyd edək ki, 102 saylı Samux-Şəmkir dairəsini parlamentdə vitse-spiker Valeh Ələsgərov təmsil edirdi. Lakin o, başqa vəzifəyə təyin edilməsi səbəbindən növbəti seçkiyə qatılmayıb. YAP isə həmin dairədən Səfərov Nizami Abdulla oğlunun namizədliyini irəli sürüb.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya