“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası açıqlama yaydı
“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası açıqlama yaydı
08:00 09.02.2024
Siyasət
588
İLKİN FAKTLAR VƏ NƏTİCƏLƏR
Üç ictimai birlik - “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı542 müşahidəçi ilə 63seçki dairəsi üzrə792 seçki məntəqəsində seçkiləri müşahidə edib.
Sherg.az xəbər verir ki, bu rəy seçki kampaniyası dövründə və seçki günü aparılmış təhlillərə, müşahidələrəəsaslanan ilkin qiymətləndirmələrimizi əks etdirir.
- Seçkigünü həyata keçirdiyimiz müşahidə və təhlillərimiz 25yanvar 2024-cü il tarixində təqdim etdiyimiz “Aralıq Hesabatı”nda qeyd edilmiş əsas nəticə və faktları təsdiqləməyə imkan verir;
- Seçki günü səsvermə prosesi demək olar ki, qanunvericiliyin tələblərinə uyğun təşkil edilib, seçki məntəqələrində seçicilərə təzyiq və ya hədə-qorxu halları müşahidə edilməyib;
- Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyaları qarşısında ictimai etiraz halları müşahidə edilməyib.
İLKİN NƏTİCƏLƏR
- Seçki günü “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının ümumrespublika müşahidəçiləri əsasənhər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bir sıra rayonlarda məntəqə sədrlərimüxtəlif bəhanələrlə buna mane olmaq istəyib, lakin Koalisiya hüquqşünaslarının müdaxiləsindən sonra müşahidəçilər problem yaranan məntəqələrəsərbəst daxil ola biliblər;
- Müşahidəçilərə öz vəzifələrini həyata keçirilməsi üçün əsasən şərait yaradılıb. Lakin 116 saylı Qəbələ Seçki dairəsinin 2 saylı məntəqəsində yer olmadığına görə müşahidəçimizə ayaqüstə müşahidə aparmaq təklif olunub, 19 saylı Nərimanov birinci seçki dairəsinin 21 saylı məntəqəsində isə müşahidəçimizin foto və video çəkiliş aparmasına seçki komissiyasının sədri əngəl törədib;
- Səsvermə məntəqələrinin açılışından əvvəlboş seçki qutularının nümayişi və möhürlənməsi prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib;
- Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulan standartlara cavab verib, məntəqələrdə gizli səsverməyə zəmanət verən şərait yaradılıb;
- Müşahidə apardığımız seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib;
- Seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb;
- Səyyar səsvermə prosesitəlimata uyğun həyata keçirilib və hər hansı şikayət daxil olmayıb;
- Səsvermə prosesinə kənar müdaxilə hallarına rast gəlinməyib, seçici fəallığı çox olub;
- Seçki məntəqələri daxilində zərurət olmadan polis əməkdaşları və ya rəsmi şəxslər müşahidə olunmayıb;
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə