Səfir: Ukrayna Azərbaycanın humanitar yardımlarını çox yüksək qiymətləndirir və bunu heç vaxt unutmayacaq
09:29 06.02.2025
Siyasət
345
6 fevral 2025-ci il tarixində Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Bu mühüm tarix ölkələrimiz arasında dostluğu, qarşılıqlı dəstəyi və strateji tərəfdaşlığı simvollaşdırır. Biz üç onillik ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələri möhkəmləndirmişik, gələcək əməkdaşlıq üçün möhkəm təməllər qoymuşuq.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində deyilir.
Səfirin sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin dərin tarixi kökləri var: “Hələ 1918-ci ildə Ukrayna dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu ki, bu da müasir tərəfdaşlığın əsasını təşkil edirdi. Bu tarixi irs xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin mühüm sübutudur”.
Diplomat bildirib ki, Ukrayna və Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız həmişə bir-birini dəstəkləyiblər, eyni zamanda, ölkələrimiz ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edir.
“Azərbaycan Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaşdır. Dövlətlərimiz arasında mal və xidmətlərin dövriyyəsi 2022-ci ildə xeyli azalmadan sonra bərpa olunur və tədricən artır, nəqliyyat dəhlizinin inkişafı kimi strateji infrastruktur layihələri isə biznes və regional əməkdaşlıq üçün yeni imkanlar açır.
Humanitar əlaqələr də eyni dərəcədə vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən, 5 fevral 2025-ci il tarixində Ukraynanın enerji sistemi üçün enerji avadanlıqlarına növbəti yardımın ayrılması haqqında sərəncam imzalayıb. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dəstək verir, humanitar yardım göstərir. Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”, - Yuri Husyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə