Səfirin dediyi ACI HƏQİQƏT: Onlar "Bakıdan necə pul qoparda bilərəm" düşüncəsindədirlər
Turan
12:07 12.11.2019
Siyasət
1004
"Səfir Polad Bülbüloğlunun Real Tv-dəki müsahibəsini izlədim. O, kifayət qədər səmimi idi”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Analitik bildirib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yetərincə açıq danışdı və acı da olsa həqiqətləri dilə gətirdi:
“Azərbaycanın Rusiyadakı diaspora təşkilatları oturub-durub Bakıdan nəsə gözləyirlər. Halbuki, diaspora fəalları öz dövlətləri üçün əlahiddə olaraq faydalı iş görməlidirlər və dövlətdən heç nə ummamalıdırlar. Onlar bir vətəndaş olaraq, millətimizin tərkib hissəsi olaraq daim "Azərbaycana necə fayda verə bilərəm" - deyə düşünməli və bu istiqamətdə hərəkət etməlidirlər. Təəssüflər olsun ki, Rusiyadakı diaspora nümayəndələrinin çoxu “Azərbaycan dövlətindən necə pul qoparda bilərəm” düşüncəsi ilə hərəkət edirlər. Hətta bəzən Azərbaycana qarşı fəaliyyət göstərir, ermənilərlə iş birliyi içində olurlar. Elə hallar olur ki, azərbaycanlı olmayan Rusiya vətəndaşları Azərbaycan üçün nəsə etmək istəyəndə “özümüzünkilər” onlara mane olur.
Belə hal bir neçə il öncə Tatarıstanda, Kazan şəhərində yaşanmışdı. Orada gənc dostlarımız “Xocalıya ədalət” adlı piket keçirmişdilər, ermənilərin cinayətkar olmasını dilə gətirmişdilər. Media Kazandakı Azərbaycan diaspora rəhbərinə müraciət edərək, tatar gənclərin ermənilərə qarşı aksiyasını dəyərləndirməyi xahiş etmişdi. Lakin diaspora rəhbəri “Bizim ermənilərlə problemimiz yoxdur, onlar çox nahaq yerə belə bir tədbir keçiriblər” deyə açıqlama vermişdi. Yəni bu cür təfəkkürdə olanlar da az deyil. Ona görə də Polad Bülbüloğlu iradlarında haqlıdır”.
A.Həsrət vurğulayıb ki, diaspora məsələlərinə yenidən çəki-düzən vermək lazımdır:
“Birmənalı olaraq diaspora təşkilatlarına və fəallara izah edilməlidir ki, onlar Azərbaycandan bir qəpik də olsa yardım gözləməməlidirlər. Əksinə, dövlətə müxtəlif vasitələrlə köməklik göstərməlidirlər. Rusiyadakı səfirliyimiz və konsulluğumuzla bağlı uzun illər çox ciddi problemlər var idi. Elə bu gün də səfir Polad Bülbüloğlunu qaralayan məlumatlar yayılmaqdadır. Bunu da məlum qruplar həyata keçirir. Məqsəd həm səfirliyi gözdən salmaq, həm də bir növ şantaj yolu ilə səfirliyin onların bəd əməllərinə gpz yummasına nail olmaqdır. Təbii ki, buna da qətiyyən yolvermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə