Seneqallı nümayəndə: "Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq"
Yusif Sultanoğlu
07:35 21.11.2023
Siyasət
368
"Biz tariximizi və qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq".
"Report" xəbər verir ki, bunu Seneqalın "YDNA VITA LTD" təşkilatının rəhbəri İbrahim Diagne Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır: "Biz müstəqilliyimizi bərqərar etmək üçün fəal şəkildə çalışmalıyıq. Çünki insanlar əzab çəkir, dünya xalqları şiddətdən əziyyət çəkir, onların mənsubiyyəti, mədəniyyəti gözardı edilir. Onlar həvəsdən salınır, inkişaflarının qarşısı alınır. Bu gün belə işğalın mövcud olduğunu görürük. Görün, Afrikada müstəmləkəçiliyin nəticəsi nədən ibarətdir? Quldarlıq sənaye halına gətirilib, insanlarla insan kimi rəftar edilmir, biri digərindən üstün hesab edilir. Ona görə də əsas vəzifəmiz tariximizi və qurban olduğumuzu bilmək, dekolonizasiyaya qarşı birgə mübarizə aparmaqdır. Müstəmləkəçi sistemin əsas resurslara mənfi təsiri olub. Demək olar, kolonizasiya insanları tam təcrid etməklə məşğuldur. Ölkələr tabeçilik şəraitində sahib olduqları hər şeyi itiriblər. Biz hazırda bunlara qarşı birgə mübarizə aparmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
5 gündə 3 mindən çox balıq öldü, balıq yemək qadağan edildi
18:08 19.03.2026
Hadisə
Xanobada yandırılan tonqal: Xocavənddən dünyaya verilən mesajlar
18:01 19.03.2026
Gündəm
Hikmət Hacıyev NB8 ölkələrinin siyasi direktorları ilə görüşdü
17:47 19.03.2026
Siyasət
Baş nazir Gürcüstana başsağlığı verib
17:40 19.03.2026
Sağlamlıq
ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər
17:26 19.03.2026
Dünya
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm