Sentyabrın 15-nə qədər Ağdam yolunda problem bitəcək
Sentyabrın 15-nə qədər Ağdam yolunda problem bitəcək
Yusif Nəzərli
10:58 01.09.2023
Siyasət
674
Ərdoğanla Putinin Soçi görüşündən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək
Ağdam-Xankəndi yolunda, rus sülhməramlıların blok-postunun önündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsərək, Xankəndiyə daxil olmasına mane olan ermənilərlə bağlı süjet yayılıb.
Erməni mediası “acından ölən” ermənilərin Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton unu qəbul etməmək üçün “mübarizə apardığını”, yardım aparan azərbaycanlılardan bir neçə yüz metr məsafədə olduqlarını bildirib.
Ən maraqlı məqam isə “aksiya keçirən” “fəalların” üzünün göstərilməməsidir. Belə ki, kadrlarda yardımın önünü kəsənlərin tanınmaması üçün bütün “texniki qaydalara” əməl edilib.
Bu isə təsadüfi deyil. Çünki Azərbaycan qanunlarına qarşı çıxan və separatizmi yayan ermənilərin DTX tərəfindən dərhal qeydə alındığı və güc strukturlarının sisteminə oturdulduğu artıq ermənilərə yaxşı məlumdur. Bunun nəticəsidir ki, bir neçə gün öncə bayrağımızı təhqir edən futbolçular “Laçın” postunda saxlanıldı və onlara inzibati həbs verildi.
Hazırda “aksiya” keçirən ermənilər də əməllərinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hüquqi qaydada layiqincə cavablandırılacağını yaxşı bilirlər: ya “Laçın” postunda, yaxud da Xankəndinin özündə. Ona görə də artıq tanınmamaq üçün tədbirlər görürlər.
Xatırladaq ki, Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsənlər Xankəndiyə yerləşdirilən rusiyalı milyarder Ruben Vardanyanın təşkilatının üzvləridir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, erməni separatçı-terrorçuların hazırda törətdikləri hadisələr beynəlxalq hüquq normalarına və beynəlxalq hüquq normaları çərçivəsində hazırlanmış və qüvvədə olan Azərbaycan qanunlarına kəskin şəkildə ziddir:
"Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına zidd addımlar atan şəxslərin hər biri qanunların qarşısında cavab verməlidirlər. Azərbaycanın xüsusi xidmət servisləri qanunlara tabe olmayan, qanunları pozan şəxsləri qeydə alır, nəzarətdə saxlayır və həbs edərək cəzalandırır. Bölgənin Azərbaycan tərəfindən tam şəkildə nəzarətə götürülməsi və separatçılıqla məşğul olanların ciddi şəkildə cəzalandırılması artıq bölgədə aksiyalar keçirən ermənilərdə müəyyən qorxu yaradıb. Onların üzlərini gizlətmələri, özlərini sığortalamaq cəhdləri də birbaşa bununla bağlıdır".
Siyası şərhçi qeyd edib ki, bu qədər qorxuya rəğmən belə aksiyaların keçirilməsinə davam edilməsi qəribə görünə bilər, lakin bunun da öz səbəbləri mövcuddur:
"Bu aksiyaların keçirilməsinin əsas səbəbi hazırda Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terror dəstələrinin hər birinin müxtəlif xarici qüvvələrin təlimatları əsasında fəaliyyət göstərməsidir. Onlar həmin təlimatları yerinə yetirmək məcburiyyətindədirlər. Hazırda bölgədə vəziyyət qarışıqdır və daha da qarışacaq. Bölgədəki dəstələr arasında daxili mübarizə başlayıb. Məsələn, Ağdam-Xankəndi yolunu kəsən qrupun Vardanyanın nəzarəti altında olması bizə məlumdur. Vardanyan da Rusiya tərəfindən idarə olunur. Burdan aydın olur ki, hazırda Ağdam-Xankəndi yolunda baş verənlər Rusiyanın istəyi ilə quraşdırılmış bir tamaşadır. Digər bir qrup isə Azərbaycanla birbaşa əlaqələrin olması tərəfdarıdır. Bu fərqli fikirdə olan qruplaşmalar arasında kəskin daxili mübarizə günü-gündən alovlanır və qarşısıalınmaz hala gəlib çatıb. Yayılan məlumatlara əsasən, Araik Arutyunyanın "istefa vermək " səbəbi də məhz bu daxili mübarizələr və Rusiyadan idarə olunan qüvvələrin təzyiqləri ilə bağlıdır".
E.Xalidbəyli vurğulayıb ki, təxminən sentyabr ayının 15-nə qədər bu məsələlər öz həll yolunu tapacaq: "Bildiyimiz kimi, Türkiyə Prezidenti R.T.Ərdoğanla Rusiya prezidenti V.Putinin sentyabrın 4-də Soçidə görüşü nəzərdə tutulub. Həmin görüşdən sonra bu mövzuda da bir çox məsələyə aydınlıq gətirilmiş olacaq. Əminəm ki, nə Fransanın, nə də Rusiyanın bölgədəki təxribatçı oyunları heç bir nəticə verməyəcək. Azərbaycan öz mövqeyində qəti şəkildə dayanıb və dünyada hazırda elə bir qüvvə yoxdur ki, bizi öz mövqeyimizdən geri çəkilmək məcburiyyətində qoysun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm