Sonu olmayan ölkə...
Yusif Nəzərli
07:08 30.11.2021
Siyasət
678
Ermənistanda ksenofobiya bütün sosial qatlarda müşahidə olunur
Bu ölkədə dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir
“Ermənistanın “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks deputat Zaruhi Postancyan yenidən radikal fikirləri ilə gündəmə gəlib. Məlum olduğu kimi, Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Müstəqillik əldə etdikdən sonra monoetnik dövlət quran Ermənistanda digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe də nümayiş etdirilir. Müxalifəti təmsil edən Postancyan daha öncə Baş nazir Nikol Paşinyanı xain və satqın adlandırmış və onu Ermənistanın yarısını verməyə hazırlaşdığını bildirmişdi”.
Bu sözləri “Şərq”ə açıqlamasında STM-nin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. Politoloq bildirib ki, hazırda Zaruhi Postancyanın adı 4 cinayət işində hallanır, bunlardan biri konkret olaraq Baş nazir Nikol Paşinyanla bağlıdır:
“Cari ilin avqustun 5-də gecə saat 3 radələrində İrəvanın Arabkir inzibati rayonunda “Ərik ölkəsi” partiyasının lideri Zaruhi Postancyanın ərinin “Mercedes” markalı avtomobilini yandırıblar. Partiya rəhbəri müxalif mövqeyini və daim hazırkı hakimiyyətin tənqid edilməsi ilə çıxış etdiyini nəzərə alaraq bunda sui-qəsd gördüyünü qeyd etmişdi. Hakimiyyəti tənqid etməklə hər zaman Ermənistanda sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən Zaruhi Postancyanın sonuncu çıxışı heç bir hədd tanımır”.
İ.Hüseynov qeyd edib ki, Ermənistanda ksenofobiyanın müxtəlif təzahürləri mövcuddur və bu hal bütün sosial qatlarda müşahidə olunur:
“Ermənistanda dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir. Buna rəğmən, türklərə qarşı patololoji nifrət ən yüksək səviyyəyə çatıb. O, sivil dünyada bu cür aşağılayıcı ifadələrin qəbuledilməz olduğunun fərqində olmalıdır. Zaruhi Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini göstərməklə Ermənistanda azərbaycanafobiya və türkafobiyanın geniş yayıldığını nümayiş etdirdi. Türklərə qarşı irqçi ifadələr işlədilməsi Azərbaycana və Türkiyəyə kifayət qədər geniş arqumentasiya verir ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunsun. Ermənistanda nifrət nitqi ilə bağlı növbəti dinləmələr məhz “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks-deputat Zaruhi Postancyanın fikirləri haqqında keçirilə bilər. Ermənistanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməyə qoşulmasına baxmayaraq, əslində biz qətnamənin müddəasının icrasını görmürük.
Bu ölkədə Qaregin Njde kultu mövcuddur – bu şəxsə abidələr ucaldılır, küçələr onun adını daşıyır. Təəssüf ki, Ermənistanda ksenofobiyanın təzahür formaları nasizmin qəhrəmanlaşdırılması ilə müqayisədə daha genişdir. Ermənistan terrorçuların qəhrəmanlaşdırılmasını davam etdirir, eləcə də açıq antisemitizm nümayiş etdirir.
Bunun ən aydın göstəricisi beynəlxalq terrorçu Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı olmasıdır. 2021-ci ilin fevral ayında Holokost abidəsi təhqir edilib və təsadüfi deyil ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2021-ci ilə dair hesabatında Ermənistan antisemitizmin ən yüksək səviyyədə olduğu ölkə kimi göstərilib.
Digər tərəfdən, 2021-ci ilin aprel ayında İrəvanda Mahatma Qandinin abidəsinə qarşı dəfələrlə vandalizm aktı törədilib və abidə yandırılıb. Bu, ksenofobiya probleminin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir”.
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə