Stoltenberq: "Ukraynanın qalib gəlməsi üçün bütün silahlar verilməlidir"
19:51 15.01.2023
Siyasət
364
Müharibənin həlledici mərhələsidir, ona görə də Ukraynanın qalib gəlməsi üçün bütün silahlar verilməlidir.
APA xəbər verir ki, bunu Almaniyanın “Handelsblatt” nəşrinə açıqlamasında NATO baş katibi Yens Stoltenberq deyib:
“Biz müharibənin həlledici mərhələsindəyik. Çətin döyüşlərlə üzləşirik. Ona görə də, Ukraynanın qalib gəlməsi və müstəqilliyini davam etdirməsi üçün ehtiyac duyduğu bütün silahlarla təmin edilməsi vacibdir. Ukraynaya hərbi yardım sülhə ən qısa yoldur”.
NATO baş katibi əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etməklə səhvə yol verib.
“O, öz ordusunun gücünü həddindən artıq qiymətləndirdi. Biz onların səhvlərini, mənəvi çatışmazlıqlarını, komanda problemlərini və zəif təminatlarını görürük”, - deyə Stoltenberq bildirib.
Baş katib vurğulayıb ki, rusiyalılar məqsədlərinə çatmaq üçün ağır itkilər verir və onlar zəif qiymətləndirilməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat