Tarix qarşısında cavab verəcəklər!
Yusif Nəzərli
02:38 24.01.2023
Siyasət
462
Rüşvət müqabilində və xristian təəssübkeşliyi əsasında erməni faşizminə dəstək verən bütün avroparlamentarilər ifşa olunacaq
Fransadan olan deputatların təşəbbüsü ilə Avropa Parlamentinin (AP) yanvarın 19-da reallıqdan uzaq, Azərbaycan əleyhinə böhtan xarakterli bəndlərin yer aldığı qətnamə qəbul etməsi bu qurumun iç üzünü açır. Avropa Parlamenti növbəti dəfə erməniçiliyə xidmət edən şər yuvası rolunda çıxış edir. Qətnamədəki əsassız iddialar da bunu təsdiqləyir. Qətnamədə qeyd olunur ki, guya, Azərbaycan Ermənistana "hərbi təcavüz" edib, həmçinin Laçın yolu “blokada”dadır və Xankəndidə yaşayan ermənilər ciddi çətinliklərlə üzləşiblər.
Avroparlamentarilər Azərbaycana böhtan atmaqla yanaşı, Laçın yoluna nəzarət edən rusiyalı sülhməramlıları da fəaliyyətsizlikdə günahlandırıblar və onların beynəlxalq sülhməramlı qüvvələrlə əvəz olunması zərurətini vurğulayıblar. Bununla yanaşı, avropalı deputatlar BMT və ATƏT kimi təşkilatları Laçın dəhlizinə faktaraşdırıcı, müşahidəçi missiya göndərməyə çağırış ediblər.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, avroparlamentarilər Azərbaycan və Ermənistanı tarixə qovuşmuş “Madrid prinsipləri” əsasında sülh danışıqlarını da bərpa etməyə çağırıblar. Partiya rəhbərinin sözlərinə görə, bu cür sərsəm çağırışlar və əsassız ittihamlar belə təəssürat yaradır ki, onların məqsədi Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına dəstək vermək deyil:
"Avropa Parlamenti nümayəndələrinin reallıqdan birmənalı şəkildə uzaq qətnaməsi açıq şəkildə ermənilərin maraqlarının müdafiəsinə xidmət edir. Əvvəllər heç olmasa, “ikili standartlar” prinsipi ilə hərəkət edən AP deputatları indi gerçək niyyətlərini gizlətməyə heç bir cəhd göstərmirlər. Erməni lobbisinin çirkli pullarına dadanan avroparlamentarilər Ermənistanın vəkili kimi çıxış edirlər. Azərbaycan ərazilərində təbii sərvətlərimizin separatçılar və Ermənistan hökuməti tərəfindən qeyri-qanuni istismar edilməsi və digər ölkələrə daşınması, bölgədə ekoloji böhranın kritik həddə çatması, ermənilərin mina terroru, Ermənistan hökumətinin yekun sülh müqaviləsini imzalamaqdan cürbəcür bəhanələrlə yayınması isə Avropa Parlamentinin üzvlərini qətiyyən narahat etmir. Onlar bu faktlara göz yummağa üstünlük verirlər. Bu gün avropalı qanunvericilərin erməni revanşizmini dəstəkləməsi 80-85 il öncə Avropa liderlərinin alman faşizminə göz yummasından heç nə ilə fərqlənmir. Məsələlərə bu cür qərəzli və qeyri-obyektiv yanaşan avropalı deputatlar əslində odla oynayırlar. Sivilizasiyanın, humanizmin beşiyi roluna iddia edən Avropa növbəti dəfə faşizmin beşiyinə çevrilir. Ədalət və məsuliyyət hissini itirən, erməni lobbisinin sifarişlərinin icraçısına çevrilən, anti-Azərbaycan xarakterli qətnamə qəbul edən avropalı parlamentarilər hərdənbir tarix kitablarını vərəqləməli və Nürnberq prosesini unutmamalıdırlar. Rüşvət müqabilində və xristian təəssübkeşliyi əsasında erməni faşizminə dəstək verən bütün avroparlamentarilər ifşa olunacaq və tarix qarşısında cavab verəcəklər!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat