Tehran Bakını yenidən kəşf edir: İran Azərbaycan üçün “xüsusi diplomat” gətirdi
Yusif Nəzərli
03:06 04.06.2025
Siyasət
381
Əhəd Məmmədli: “İran səfirlərinin fəaliyyəti heç vaxt formal olmayıb – Dəmirçili də istisna olmayacaq’”
İran Azərbaycana yeni səfir təyin edib. Yeni səfir Müctəba Dəmirçili olacaq.
O, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri vəzifəsində çalışır. Müctəba Dəmirçili 1966-cı ildə Təbrizdə anadan olub. M.Dəmirçili geosiyasət üzrə fəlsəfə doktorudur. Təcrübəli diplomat indiyədək bir çox vəzifələrdə çalışıb. İranın Gürcüstanda (2006-2010-cu illərdə) və Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri (2014-2018) olub. Maraqlıdır ki, 2023-cü ildə İran mətbuatında Dəmirçilinin Azərbaycana səfir təyin ediləcəyi barədə xəbər yayılsa da, sonradan bu məlumat rəsmi olaraq təkzib edilib. İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilini qəbul edib. Məlumatda deyilir ki, prezident Bakıya səfərinə toxunub və səfərinin Azərbaycanla əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu vurğulayıb.
Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, 18 yaşından, yəni siyasətlə məşğul olandan indiyədək böyük dövlətlərin səfirliklərinin fəaliyyətini izləyib. Ekspert vurğulayıb ki, İranın Azərbaycandakı səfiri hər zaman ciddi şəkildə işləyib:
"Görünür, indiki səfir də ciddi fəaliyyət göstərəcək. Peşəkar diplomatdır və Gürcüstanda səfir olması onun regionla tanış olmasından xəbər verir. Təbii ki, İran-Azərbaycan münasibətlərində gərgin dönəmlər olub. Amma son aylarda Tehran-Bakı əlaqələrində istiləşmə müşahidə olunur. Xüsusən, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra əlaqələr normallaşmağa başladı. Tehranda səfirliyimizin fəaliyyəti bərpa olundu, teraktı həyata keçirən şəsx edam edildi. İran Azərbaycana daha çox diqqət yetirməyə başladı. Məhz ona görə Azərbaycana bölgəni, ölkəmizi tanıyan diplomatını göndərir. Ümumiyyətlə, İranın Azərbaycandakı səfirliklərinin fəaliyyəti hər zaman güclü olub, heç vaxt sadəcə görüntü üçün, formal işləməyiblər. Bunu etiraf etmək lazımdır. Müctəba Dəmirçilinin ölkəmizə səfir təyin olunması göstərir ki, Tehran bundan sonra da Azərbaycanda ciddi fəaliyyət göstərmək niyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət